Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1943/2021 07.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlu, İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus mənzildə övladları ilə birlikdə yaşamaq hüququ tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri tədqiq edərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, onun və övladlarının, yəni 22.08.2012-cu il təvəllüdlü X1, 18.09.2011-ci il təvəllüdlü X2 və 29.07.2020-ci il təvəllüdlü X3 ünvan 1 ünvanında yerləşən evə yaşayış hüququqlarının verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəməyə daxil olmuş iddia ərizəsinin tərtib edilməsində AR MPM-nin 149cu maddəsi ilə müəyyən olunmuş forma və məzmunun tələblərinə riayət edilməmiş, cavabdehin rəsmi qeydiyyatda olduğu yer barədə ərazi üzrə icra nümayəndəliyindən, AR DİN-in BPQMİ-nin MAPS şöbəsindən arayış və ya cavabdehin şəxsiyyət vəsiqəsinin surətini əlavə edilməmişdir. Bununla yanaşı AR MPM-nin 89.3-cü maddəsinə əsasən məhkəməyə yazılı sübutların (sənədlərin) ya əsli, ya da lazımi qaydada (yəni notariat qaydasında) təsdiq olunmuş surəti təqdim edilməlidir. Lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətləri notariat qaydasında təsdiq edilməmişdir. Qeyd olunan nöqsanlar ərizənin AR MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun hazırlanmamasını ehtiva edir, belə olan halda isə AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. AR MPM-nin 152.4-cü maddəsinə görə ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və AR MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus mənzildə övladları ilə birlikdə yaşamaq hüququ tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırılandan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət edilə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-1943/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1943/2021
07.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver