Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2011/2021 07.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlu, iddiaçılar X1 və İddiaçı2 Cavabdeh qarşı ticarət obyektindən çıxarılma tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri tədqiq edərək M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçılar X1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh mülkiyyət hüququ üzrə Maraqlı şəxs məxsus Gəncə şəhəri, Ş.Bahəddin küçəsi 20 saylı binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçılar X1 və İddiaçı2 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəməyə poçt vasitəsi ilə daxil olmuş iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilsə də, rüsum başqa şəxs tərəfindən ödənilmişdir. Lakin iddiaçılar həmin şəxsə rüsumu onların adından ödəməsi barədə etibarnamə verilməmiş yaxud etibarnəminin təsdiq olunmuş surəti iddia ərizəsinə əlavə olunmamışdır. Bu da, AR MPM-nin 152.1.5-ci maddəsinə görə ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsaslardan biridir. Eyni zamanda, iddia ərizəsinin tərtib edilməsində AR MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmunun tələblərinə riayət edilməmiş, iddia ərizəsinə cavabdehin rəsmi qeydiyyatda olduğu yer barədə ərazi üzrə icra nümayəndəliyindən, Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPŞ şöbəsindən arayış və ya cavabdehin şəxsiyyət vəsiqəsinin surətini əlavə edilməmişdir. Bununla yanaşı AR MPM-nin 89.3-cü maddəsinə əsasən məhkəməyə yazılı sübutların (sənədlərin) ya əsli, ya da lazımi qaydada (yəni notariat qaydasında) təsdiq olunmuş surəti təqdim edilməlidir. Lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətləri notariat qaydasında təsdiq edilməmişdir. Qeyd olunanlara və AR MPM-nin 152.1.1 və 152.1.5-ci maddələrinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. AR MPM-nin 152.4-cü maddəsinə görə ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və AR MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçılar X1 və İddiaçı2 Cavabdeh qarşı ticarət obyektindən çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırılandan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət edilə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-2011/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2011/2021
07.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver