Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2014/2021 07.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlu, ərizəçi Bağırova Hicran Ələddin qızının sənədin şəxsə mənsub olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri tədqiq edərək M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi Bağırova Hicran Ələddin qızı ərizə ilə məhkəməyə müraciət edib, ünvan 1 ünvanda yerləşən evə dair hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən 09.07.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın mərhum atası X1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi Bağırova Hicran Ələddin qızının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, məhkəməyə daxil olmuş ərizəyə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilsə də, rüsum başqa şəxs tərəfindən ödənilmişdir. Lakin ərizəçi həmin şəxsə rüsumu onun adından ödəməsi barədə etibarnamə verməmiş yaxud etibarnəminin təsdiq olunmuş surəti ərizəyə əlavə olunmamışdır. Bu da, AR MPM-nin 152.1.5-ci maddəsinə görə ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsaslardan biridir. Qeyd olunanlara və AR MPM-nin 152.1.5-ci maddəsinə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. AR MPM-nin 152.4-cü maddəsinə görə ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və AR MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi Bağırova Hicran Ələddin qızının sənədin şəxsə mənsub olması faktının müəyyən edilməsi tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırılandan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət edilə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-2014/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2014/2021
07.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver