Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2554/2021 25.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzilin boşaldılması tələbinə dair, X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2015-ci il tarixli 639 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 03.05.2021-ci il tarixinə olan 47921.1 manat əsas borc, 7781.33 manat faiz borcu, cəmi borc 55702.43 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, həmçinin 70 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun Cavabdeh onun xeyrinə tutulması, Cavabdeh ilə bağlanan 30 dekabr 2015-ci il tarixli 4Ə-279 nömrəli ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.0725 ha torpaq sahəsi ilə birgə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması və fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2015-ci 11 tarixli 639 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə 300 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 50.000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh 30 dekabr 2015-ci 11 tarixdə "xxxx" ASC ilə və satıcı X8 ilə 49-279 nömrəli alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Alqı-satqı və ipoteka müqaviləsinin 1-ci bəndinə əsasən satıcı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 29 dekabr 2015-ci il tarixli qeydiyyat nömrəsi ********** saylı arayışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 124 kv.m, yaşayış sahəsi 46.4 kv.m, yardımçı sahəsi 77.6 kv.m olan 2 otaqlı fərdi Yaşayış evini Alıcı-İpoteka qoyanın mülkiyyətinə vermişdir. Satılan fərdi yaşayış evi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 17 oktyabr 2013-cü il tarixli, qeydiyyat nömrəsi ********* olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən satıcıya məxsusdur. Fərdi yaşayış evinin satış qiyməti 63.000 manatdır, fərdi yaşayış evinin dəyərinın 13.000 (on üç min) manatı Alıcı İpoteka qoyanın özü tərəfindən, 50.000 manatı isə Kreditor-İpoteka saxlayan tərəfindən 30 dekabr 2015-ci il tarixli 639 nömrəli Kredit müqaviləsinə əsusən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir, Alıcı-İpoteka qoyan satılan fərdi yaşayış evini (bundan sonra ipoteka predmeti) bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditorİpoteka saxlayan arasında bağlanmış 30 dekabr 2015-ci il tarixli 639 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Kreditor-İpoteka saxlayana ipotekaya verir. Kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 5-dək aylıq 385.91 manat məbləğində bərabər hissələrlə ödənilir, Borcalan tərəfindən faktiki ödənişlərin məbləği artıq olduqda, növbəti aylıq ödənişlərin məbləği 30 dekabr 2015-ci il tarixli 639 nömrəli kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq azaldıla bilər. İpoteka predmeti kredit müqaviləsi üzrə Kreditor-İpoteka saxlayanın tələblərini (o cümlədən hesablanmış faiz, dəbbə pulu, habelə tələbin yönəldilməsi ilə bağlı digər xərclər) ödəniş vaxtına mövcud olduğu həcmdə təmin edir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin 03.05.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 47921.1 manat, faiz borcu 7781.33 manat təşkil edir. Beləliklə cavabdehin 03.05.2021-ci il tarixinə cəmi borcu 55702.43 manat təşkil edir. 22 iyul 2016-cı il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq Qərarına əsasən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. Azərbaycan İpoteka Fondu ASC ilə Bank "xxxx" ASC arasında imzalanmış 23 may 2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq 25 iyul 2016cı il tarixli, 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçtin "xxxx" ASC-nin Azərbaycan İpoteka Fondu ASC xətti ilə Verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-nə təhkim edilmişdir. Bu barədə, cavabdehə dəfələrlə şifahi, yazılı və KİV hesabına məlumat verilmişdir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2015-ci il tarixli, 639 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh illik 8% dərəcəsi ilə 300 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. - 30.12.2015-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 124 kv/m, yaşayış sahəsi 46.4 kv/m, yardımçı sahəsi 77.6 kv/m lan 2 otaqlı fərdi yaşayış rvinin tam mülkiyyət üzrə Cavabdeh adına rəsləşdirilmişdir. Mənzilin satış qiyməti 63000 manat müəyyən edilmişdir. - RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Elmaz Qurbanov küçəsi, 6A № li fərdi yaşayış evi və 0.0725 ha torpaq sahəsi ilə birgə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Elmaz Qurbanov küçəsi, 6A xüsusi mülkiyyət hüququ ilə Cavabdeh mülkiyyətindədir. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 17.12.2008-ci il tarixdə Tovuz rayonu Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. - 30.12.2015-ci il tarixli X2 notarial qaydada yazdığı ərizəsindən görünür ki, Gəncə şəhəri, E.T.Qurbanov küçəsi 6A saylı evin əri Cavabdeh adına alınmasına və ipotekaya qoyulmasına razılıq vermiş, heç bir etirazının olmadığını, bununla əlaqədar gələcəkdə də heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. - 21.07.2016-cı il tarixli İpoteka kağızında edilmiş indossament qeydinə əsasən görünür ki, 30.08.2016-cı il tarixdə Gəncəbank ASC 30 dekabr 2015-ci il tarixli, 639 saylı kredit müqaviləsinə əsasən 49679,23 manat məbləğində ipoteka kağızı üzrə tələblərini "xxxx" ASC-yə vermiş, sonuncu 28.11.2019-cu il tarixdə həmin kredit müqaviləsinə əsasən 48001,01 manat məbləğində ipoteka kağızı üzrə tələblərini Bank "xxxx" ASC-yə vermişdir. - 3 may 2021-ci il tarixli arayışdan görünür ki, 03.05.2021-ci il tarixə Cavabdeh banka əsas borc məbləği 47921,1 manat, ümumi faiz borcu 7781,33 manat, cəmi borc 55702,43 manat təşkil edir. - 24.11.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı Bank "xxxx" ASC tərəfindən Cavabdeh 5 gün müddətində borcun ödənilməsi, əks təqdirdə məhkəmə qaydasında borc tutularaq onun əmlaklarına yönəldiləcəyi və əlavə xərclər tutulacağı barədə məlumat verilmişdir. - 14.01.2021-ci il tarixli bildirişdən görünür ki, iddiaçı Bank "xxxx" ASC tərəfindən Cavabdeh ipoteka predmetinə tutmanı yönəltməyə başlamaqları barədə xəbərdarlıq edilmişdir. - 21 yanvar 2021-ci il tarixli ərizədən, müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, iddiaçı Bank "xxxx" ASC ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Elmaz Qurbanov küçəsi, 6A № li fərdi yaşayış evi və 0.0725 ha torpaq sahəsi ilə birgə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ın 3 saylı Ərazi İdarəsinə müraciət etmiş və müraciət qəbul olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də iddiaçının ondan borcun ödənilməsini tələb etmək hüququ vardır. Bundan başqa məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsinə dair hissədə iddianı araşdırıb, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 28.12.2018-ci il tarixədək qüvvədə olmuş 33-cü maddəsinin tələblərini rəhbər tutmaqla hesab edir ki, iddia bu hissədə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 28.12.2018-ci il tarixədək qüvvədə olmuş: - 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. - 34.1 maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Məhkəmə hesab edir ki, borcun ödənilməsi məqsədilə tutma ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Elmaz Qurbanov küçəsi, 6A № li fərdi yaşayış evi və 0.0725 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İpoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Elmaz Qurbanov küçəsi, 6A № li fərdi yaşayış evi və 0.0725 ha torpaq sahəsinin ilkin satış qiymətinin (likvid) müəyyən olunması məqsədi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02.08.2021-ci il tarixli, 2(044)-2554/2021 saylı qərardadına əsasən iş üzrə ekspertiza təyin olunmuşdur. "xxxx" MMC-nin 21 oktyabr 2021-ci il tarixli, 01/21-533 saylı rəyində göstərilmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Elmaz Qurbanov küçəsi, 6A № li fərdi yaşayış evi və 0.0725 ha torpaq sahəsinin bazar dəyəri 56000 manat, likvid dəyəri 50000 manat müəyyən edilmişdir. İş üzrə mütəxəssis rəyi ilə ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti (likvid) müəyyən edildiyindən, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3cü maddəsinin məhkəmənin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətinin (likvid) göstərməli olmasına dair müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Elmaz Qurbanov küçəsi, 6A № li fərdi yaşayış evi və 0.0725 ha torpaq sahəsinin ilkin satış qiyməti (likvid) 50000 manat müəyyən olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 28.12.2018-ci il tarixədək qüvvədə olmuş 59.3 və 59.4-cü maddələrində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, ipoteka predmeti satıldıqdan 1 ay sonra həmin əmlak boşaldalmalıdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2015-ci il tarixli, 639 nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh iddiaçının xeyrinə 47921.1 manat məbləğində kredit borcu, 7781.33 manat məbləğində faiz borcu, cəmi 55702.43 manat məbləğində borc tutulmalı, tələb Cavabdeh məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.0725 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 50000 manat müəyyən edilməli, həmin əmlak açıq hərracdan satılmalı və hərrac satışından əldə olunan vəsait hesabına iddiaçıya olan borc ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh iddiaçının xeyrinə tutulmalı, həmin əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən ödədiyi 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 70 manat rüsum və 0.40 manat xidmət haqqı Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2015-ci il tarixli, 639 nömrəli kredit müqaviləsinin ləğv edilsin. Cavabdeh iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə 47921.1 manat əsas, 7781.33 manat faiz, cəmi 55702 (əlli beş min yeddi yüz iki) manat 43 (qırx üç) qəpik məbləğində borc tutularaq ödənilsin. Tutma Cavabdeh məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.0725 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın və hərrac satışından əldə olunan vəsait hesabına iddiaçıya olan borc ödənilsin, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh iddiaçının xeyrinə tutulsun. İpoteka predmeti olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.0725 ha torpaq sahəsinin ilkin satış qiyməti 50000 (əlli min) manat müəyyən edilsin, ipoteka predmeti satıldıqdan 1 ay sonra boşaldılsın. İddiaçının məhkəməyə iddia ərizəsi verərkən ödədiyi 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 70 (yetmiş) manat rüsum və 40 (qırx) qəpik xidmət haqqı Cavabdeh iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2554/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2554/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver