Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2605/2020 01.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh xx.xx.2018-ci il tarixdə anadan olmuş Rüstəmov Məhəmmədəli oğlunun saxlanması üçün hər ay 150 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərdi ki, o, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş və birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X6 anadan olmuş, bundan sonra onların xasiyyətləri uyğun gəlmədiyindən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-5085/2017 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş və xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 üçün cavabdehdən onun xeyrinə100 manat aliment qət edilmişdir. Onların nikahı pozulan vaxtı o, hamilə olmuş xx.xx.2018-ci il tarixdə Məhəmmədəli adlı ikinci uşaqları anadan olmuş və o, Məhəmmədəli üçün də aliment istəyir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəməiddiaçının izahatını dinləyib,iş materiallarını araşdıraraq, hesab edir ki, iddiaqismən təmin edilməlidir. Belə ki, xx.xx.2018-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Rüstəmova (İsmayılova) Samirə Samir qızının nikahları xx xxxxxx 2018-ci il tarixdə 270 saylı akt qeydi ilə pozulmuşdur. xx.xx.2018-ci il tarixdə Gəncə “ASAN xidmət” MƏrkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 birgə nikahlarından xx xxx 2018-ci il tarixdə X5 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, xx xxx 2018-ci il tarixdə anadan olmuş X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək və uşağa qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə Cavabdeh xx xxx 2018-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsini məqsədə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxx 2018-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X8 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-2605/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2605/2020
01.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver