Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2608/2020 28.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladı X1 üçün müəyyən edilmiş 100 manat məbləğində olan alimentin miqdarının artırılaraq hər ay 170 manat sabit pul məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər və onların xx.xx.2012-ci il tarixdə X7 adlı bir uşaqları anadan olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-5560/2015 saylı qətnaməsi ilə xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 onun yanında qalması, uşağın saxlanması üçün cavabdehdən 100 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Uşaq böyüdükcə onun tələbatı da artır, tələbat artdıqca xərcləri də artır, o, tək ana olaraq uşağın tələbatlarını ödəyə bilmir və məhkəmə tərəfindən təyin olunmuş həmin məbləğ çox azdır. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddiaçı ilə xx.xx.2011-ci il tarixdə ailə qurmuş və onların xx.xx.2012-ci il tarixdə X7 adlı bir uşaqları anadan olmuşdur. Onların birgə yaşamaları mümkün olmadığından ayrılmışlar. O, məhkəmənin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən hər ay 100 manat məbləğində aliment ödəyir və o, hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissədə inzibati təsərrüfat hissəsinin su nasos qurğusunun maşinisti vəzifəsində işləyir, onun aylıq maaşı 271.00 manat təşkil edir. O, hazırda başqa qadınla ailə qurmuşdur. Onun iddia ərizəsində göstərilən məbləği ödəməyə maddi imkanı yoxdur və o, hər ay 130 manat məbləğində aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)- 5560/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi iddia həcminin azaldılması hissəsində təmin edilmiş, iddiaçı X6 ilə Cavabdeh arasında xx xxxx 2011-ci il tarixdə X11 58 saylı akt qeydi ilə qeydiyyata alınmış nikah pozulmuş, boşanmadan sonra xx.xx.2012-ci il arixdə anadan olmuş X7 anası X2 yanında qalması, xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxx 2015-ci il tarixdən başlayaraq hər ay Cavabdeh sabit pul məbləğində 100 manat miqdarında aliment alınaraq, X3 verilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın müqabilində Cavabdeh 500 manat alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. xx.xx.2012-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X2 birgə nikahlarından xx xxxxxx 2012-ci il tarixdə X7 anadan olmuşdur. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissə tərəfindən verilmiş 443 saylı arayışdan görünür ki, Cavabdeh həqiqətən Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissədə inzibati təsərrüfat hissəsinin su nasos qurğusunun maşinisti vəzifəsində işləyir və onun aylıq maaşı 271.00 manat təşkil edir. xx.xx.2020-ci il tarixdə Gəncə “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 nikahları xx xxxx 2020-ci il tarixdə 660 saylı akt qeydi ilə bağlanmışdır. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-5560/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx xxxxxx 2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 1680 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-5560/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx xxxxxx 2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumu 30 manat Cavabdeh tutularaq dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2020-ci il tarixli 2(044)-2608/2020 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-2608/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2608/2020
28.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver