Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2619/2021 28.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əməhiyyətli olan faktın müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qızı X1 1954-cü ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil ərizənin dəqiqləşdirilməsi barədə ərizə verərək, Ərizəçi qızı X1 1954-cü ildə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, Ərizəçi 1931-ci ildə Daşkəsən rayonu, Qabaxtəpə kəndində anadan olmuş, 1948-ci ildə X4 ilə ailə qurmuş və birgə nikahlarından altı övladları olmuşdur. Ərizəçinin qızı X3 07 iyun 1952-ci il tarixdə dünyaya gəlmiş, lakin uşağın iki yaşı olarkən xəstəlikdən vəfat etmişdir. Solmaz vəfat etdikdən sonra, ölüm şəhadətnaməsi almadan onu dəfn etmişlər. Ərizəçinin əri X4 vəfat etmiş, ondan ailəsinə qalmış mirasın vərəsələrini müəyyən etdikdə, ölmüş qızı Solmazın ölüm haqqında şəhadətnaməsi olmadığı üçün miras mülkün rəsmləşdirilməsində problem yaranmışdır. Ona görə də, ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda ərizəçinin nümayəndəsi ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 izahat verərək bildirmişdir ki, o, Ərizəçi yaxın qohumudur. Asyanın qızı Solmaz iki yaşı olarkən Gəncədə 3 nömrəli xəstəxanada vəfat etmişdir. Uşaq 1954-cü ildə vəfat edib, lakin ayın tarixi yadında qalmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 izahat verərək bildirmişdir ki, o, Ərizəçi oğlu, mərhum X1 qardaşıdır. O, valideynlərindən Solmaz adında bacılarının olduğunu, sonradan vəfat etdiyini bilmişdir. Solmazın vəfatı ilə bağlı evdə heç bir sənəd olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 izahat verərək bildirmişdir ki, o, Ərizəçi qızı, mərhum X1 bacısıdır. O, ata və anasının birinci uşaqlarının doğulduqdan iki il sonra öldüyünü eşitmişdir. Onun bacısı Solmaz xəstə olmuş, xəstəxanada iki yaşında vəfat etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 izahat verərək bildirmişdir ki, o, Ərizəçi oğlu, mərhum X1 qardaşıdır. Onun bacısı Solmazın vəfat etdiyini, nənəsinin yanında Səbiskar qəbirstanlığında basdırıldığını eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 izahat verərək bildirmişdir ki, o, Ərizəçi oğlu, mərhum X1 qardaşıdır. O, uşaq olanda anası həmişə onların yanında bir bacılarının olduğunu və rəhmətə getdiyini danışmışdır. Mülki iş materiallarında olan: - Gəncə şəhər Nizami rayon qeydiyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X3 07.06.1952-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Bu barədə 31.07.1952-ci il akt 163 kitabında qeyd aparılmışdır. Ata qrafasında X6, ana qrafasında Ərizəçi qeyd edilmişdir. - Gəncə şəhər Nizami rayon qeydiyat şöbəsinin 31.05.2021-ci il tarixli məktubundan görünür ki, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və şöbənin arxivində yoxlama aparılmış, lakin 07.06.1952-ci il tarixdə Gəncə şəhərində anadan olmuş vətəndaş X1 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X11 filialının 07 sentyabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 25.08.2021-ci il tarixli, 1993 saylı, 07.06.1952-ci ildə anadan olmuş vətəndaş X1 1954-cü ildən hal-hazıradək, eləcə də sovet dövründə passport, şəxsiyyət vəsiqəsi və sairə alıb almaması barədə sorğuya cavab olaraq bildirilmişdir ki, X11 Filialında mühafizə olunan Gəncə şəhər Nikah evi arxiv fondunun sənədləri 1944-cü ilədək təhvil verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin 01.09.2021-ci il tarixli məktubundan görünür ki, 07.06.1952-ci il təvəllüdlü X3 barəsində Gəncə şəhər BPİ-nin Qeydiyyat Məsələləri şöbəsinin arxivində məlumat aşkar edilməmişdir. - Gəncə şəhər Nizami rayon qeydiyat şöbəsinin 05.04.2021-ci tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası vətəndaşı, 15.12.1927-ci il tarixdə Gəncə şəhərində anadan olmuş və 23.07.2007-ci il tarixdə vəfat etmiş X4 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 05.04.2021-ci ilədək yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: Arvadı 1931-ci il təvəllüdlü Ərizəçi, uşaqları- xx.xx.1968-ci il təvəllüdlü Şahid2, 14.09.1957-ci il təvəllüdlü X5, xx.xx.1955-ci il təvəllülü X7, xx.xx.1962-ci il təvəllüdlü Ələkbərova (Məmmədova) Mərmər Qurban qızı, xx.xx.1960-cı il təvəllüdlü Şahid3, 07.06.1952-ci il təvəllüdlü X3. - Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ-in 24.09.2021-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ 17.09.2021-ci il tarixli, 07.06.1952-ci il təvəllüdlü X1 1954-cü ildə vəfat etməsi ilə bağlı bildirilmişdir ki, həmin vaxtdan uzun müddət (25 ildən artıq) keçdiyi üçün tələb olunan məlumatların verilməsi mümkün deyildir. - Gəncə şəhəri 6 saylı notariat ofisinin 27.10.2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi ərindən miras qalan əmlakı vərəsəlik qaydasında əldə etmək üçün notariusa müraciət etmiş, lakin qızı Solmaz İsmayılovanın ölüm haqqında şəhadətnaməsi olmadığından məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti sərhəd Nəzarətinin 15.10.2021-ci il tarixli X2 dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahid ifadələrini dinləyib mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi əsaslı olduğuna görə təmin olunmalıdır. Belə ki, Azərbyacan Respublikası Mülki – Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maraqlı şəxs məktubu ilə təsdiq olunur ki, ərizəçi ölüm haqqında şəhadətnaməni almaq üçün yaşayış yeri üzrə həmin qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında akt qeydi aşkar edilmədiyinə görə şəhadətnamənin alınması mümkün olmamışdır. Həmçinin Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ-nin məktubu ilə təsdiq olunur ki, ərizəçi ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün xəstəxanaya müraciət etmiş, ancaq müddət keçdiyi üçün həmin sənədi ala bilməmişdir. Eyni zamanda Gəncə şəhər 6 saylı Notariat ofisinin məktubu ilə təsdiq olunur ki, ərizəçi ərindən miras qalmış əmlakı vərəsəlik qaydasında əldə etmək üçün həmin notariusa müraciət etmiş, lakin qızının ölüm sənədi olmadığından vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2 və 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, X1 1954-cü ildə Gəncə şəhərində vəfat etməsi şahid ifadələri ilə sübuta yetirdiyinə görə bu barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 07.06.1952-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X1 1954-cü il tarixdə Gəncə şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2619/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2619/2021
28.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver