Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2683/2020 06.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məhkəmə iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına» dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına» dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi ilə X5 1994-cü il tarixdə qeyri-rəsmi olaraq ailə qurmuşlar. Nikahları xx.xx.1995-ci il tarixdə Gəncə şəhəri Nizami rayon VVAQ şöbəsində qeydə alınmışdır. Birgə nikahdan xx.xx.1995-ci il təvəllüdlü X2, xx.xx.1996-cı il təvəllüdlü X4 anadan olmuşdur. X5 xx.xx.2020-ci il tarixdə özünü asaraq həyatına qəsd etmiş və nəticədə ölmüşdür. Bu faktı Gəncə şəhəri İcra Hakimiyyəti Səhiyyə İdarəsinin Təcili və X6 Stansiyasının xx.xx.2020-ci il tarixli 1333 nömrəli arayışı da təsdiq edir. Gəncə şəhər Prokurorluğunun müstəntiqi İİİ dərəcəli hüquqşunas Rəşad Qasımovun xx.xx.2020ci il tarixli 321-C-20 nömrəli məktubu ilə X1 barəsində ölüm haqqında şəhadətnamənin verilməsinə etiraz edilməmişdir. O, mərhum əri X1 barəsində ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli 05/Q-964 nömrəli məktubu ilə tibb müəssisəsinin ölüm haqqında şəhadətnamənin (forma 106) olmaması səbəbindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, ona bu barədə məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili X8 məhkəmə iclasında ərizəni müdafiə etdiklərini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.1995-ci il tarixdə Gəncə şəhəri Nizami rayon VVAQ şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 ilə Ərizəçi nikahları xx.xx.1995-ci il tarixdə 202 saylı akt qeydi ilə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsi Təcili və X6 Stansiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1333 saylı məlumatdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 18:57 radələrində ünvan 1 ünvana X5 adına çağırış olmuş, xəstəyə təcili tibbi yardıma qədər ölüm, mexaniki asfiksiya, asılma(özünə qəsd) diaqnozu qoyulmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-964 saylı məktubdan görünür ki, X1 ölümünün qeydə alınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasına” təsdiq edilməsi haqqında qərarın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibbi müəssisənin müvafiq sənədi ölüm haqqında tibbi şəhadətnamə (forma 106) ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm faktının müəyyən edilməsi məqsədilə məhkəmə orqanına müraciət edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Prokurorluğu Gəncə şəhər prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Rəşad Qasımov tərəfindən Gəncə şəhər TTY xəstəxanasına verilmiş xx xxxxxx 2020-ci il tarixli № 321-C-20 saylı arayışdan görünür ki, Gəncə şəhər prokurorluğuna xx.xx.2020-ci il tarixdə saat 18:55 radələrində ünvan 2 ünvanında yaşayan 1960-cı il təvəllüdlü X1 ölməsi barədə məlumat daxil olmuşdur.İlkin araşdırma zamanı X1 meyiti xarici müayinə edilmiş, onun bədəni üzərində hərhansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Eyni zamanda X3 ölüm haqqında şəhadətnamənin verilməsinə etirazının olmamasını bildirmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsini izahatı və iş materiallarında olan sənədlərlə təsdiq olundu ki, ərizəçinin əri xx.xx.1960-cı il tarixdə Xanlar rayonunda anadan olmuş X5 xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanında ölmüşdür. Məhkəmə hesab edir ki, xx.xx.1960-cı il tarixdə Xanlar rayonunda anadan olmuş X1 xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanında ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-cı il tarixdə Xanlar rayonunda anadan olmuş X1 xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanında ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-2683/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2683/2020
06.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver