Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2702/2021 25.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əməhiyyətli olan faktın müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qardaşı X4 28 oktyabr 1963-cü il tarixdə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə verərək X4 1963-cü ildə vəfat etməsinə dair ölüm faktının təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, onlar ailədə 6 uşaq olmaqla, bacı və qardaşlarının sənədləri qaydasındadır. X1 doğum haqqında məlumatları olsa da, vəfat etməsi barədə Vətəndaş Vəziyyəti aktlarında heç bir məlumat qeyd edilməmişdir. O, qardaşı X4 ölüm haqqında şəhadətnaməsinin alınması üçün Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsinə müraciət etsə də, oradan ona 13.07.2021-ci il tarixli məktubla məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Onun qardaşı X10 29.01.1963-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, 9 ay yaşamış və 1963-cü ilin payızında Gəncə şəhərində qızılca xəstəliyindən vəfat etmişdir. Lakin valideynləri həmin vaxt qardaşının ölüm kağızını almamışlar və bu məlumat vətəndaş vəziyyəti aktları kitabında öz əksini tapmamışdır. Hazırda isə o, anası X2 qalan miras əmlakın qəbulu ilə əlaqədar sənədləşmə işləri aparakən ona məlum olmuşdur ki, qardaşının ölüm haqqında şəhadətnaməsi lazımdır. Odur ki, o, faktı təsdiq etmək üçün məhkəməyə müraciət etmişdir. Sonda o, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 izahat verərək bildirmişdir ki, mərhum Rafayıl onun baldızının oğlu eyni zamanda qonşusudur. X6 ilə X3 birgə nikahdan 6 uşaqları doğulmuş, Rafayıl 7-8 aylıq olanda qızılca xəstəliyindən Gəncə şəhərində xəstəxanada vəfat etmişdir. Rafayıl yaşıl gözlü, sarı uşaq olmuşdur. Rafayıl vəfat etdikdən sonra “Lüləli” adlanan qəbrstanlıqda dəfn etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X11 izahat verərək bildirmişdir ki, mərhum Rafayıl onun qardaşı olmuşdur. Onlar 3 bacı 3 qardaş olmuşlar. Rafayıl 1 yaşı tamam olmamış 1963-ci ildə qızılca xəstəliyindən vəfat etmişdir. O, Rafayılı görməmiş, sonuncu ölümü barədə valideynlərindən eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 izahat verərək bildirmişdir ki, mərhum Rafayıl onun qardaşı olmuşdur. Rafayıl uşaq olarkən qızılca xəstəliyindən vəfat etmişdir. O, Raayıl adlı qardşlarının olmasını və 1 yaşı olmamış vəfat etməsini valideynlərindən eşitmişdir. Mülki iş materiallarında olan: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1958-ci il tarixdə Kirovabad (Gəndə) şəhərində doğulmuş, ata qrafasında X6, ana qrafasında X5 qeyd edilmişdir. - Gəncə şəhər Nizami rayon qeydiyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası vətəndaşı 15.06.1934-cü il tarixdə Gəncə şəhərində anadan olmuş və 11.02.2016-cı il tarixdə vəfat etmiş X7 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 09.07.2021-ci ilədək yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: ər X8 1935-ci il (vəfat edib), uşaq Şahid3 xx.xx.1954-cü il, uşaq X12 18.03.1956-cı il, uşaq Tağıyeva (Abuzərova) Validə Alı qızı xx.xx.1964-cü il, uşaq Ərizəçi xx.xx.1958-ci il, uşaq X13 15.01.1951-ci il (vəfat edib) uşaq X10 29.01.1963-cü il. - Gəncə şəhər Nizami rayon qeydiyat şöbəsinin 31.05.2021-ci il tarixli məktubundan görünür ki, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və şöbənin arxivində yoxlama aparılmış, lakin 29.01.1963-cü il tarixdə Gəncə şəhərində anadan olmuş vətəndaş X4 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. - Gəncə şəhər Nizami rayon qeydiyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X10 29.01.1963-cü il tarixdə anadan olmuş, bu barədə 22.02.63 il akt 710 kitabında qeyd aparılmışdır. - Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ-in 27.10.2021-ci il tarixli məktubundan görünür ki, xəstəlik tarixçələrinin saxlanılma müddəti 25 il olduğu üçün X10 adlı vətəndaşın xəstəxanaya müraciət etməsi barədə heç bir məlumat vermək mümkün olmamışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə şəhəri 1 saylı Notariat ofisinin 25 oktyabr 2021-ci il tarixli imtina qərarından görünür ki, Ərizəçi Gəncə şəhəri, Nizami rayonu, 28 May küçəsi, 33 saylı evin Ərizəçi adına rəsmləşdirilməsini xahiş etmiş, lakin göstərilən mülkün vərəsələrindən X4 doğum haqqında şəhadətnaməsi və ölüm haqqında şəhadətnaməsi təqdim edilə bilmədiyi üçün həmin mülkə qanun üzrə vərəsəlik şəhadətnaməsi vermək mümkün olmamış və Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 26.10.2021-ci il tarixli məktubdan görünür ki, Azərbyacan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı tibb müəssisəsi tərəfindən verilmiş ölüm faktını təsdiq edən tibbi şəhadətnamə əsasında qeydə alına bilər. Tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən olunur. Məhkəmə ərizəçini və şahid ifadələrini dinləyib mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi əsaslı olduğuna görə təmin olunmalıdır. Belə ki, Azərbyacan Respublikası Mülki – Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maraqlı şəxs məktubu ilə təsdiq olunur ki, ərizəçi ölüm haqqında şəhadətnaməni almaq üçün yaşayış yeri üzrə həmin qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında akt qeydi aşkar edilmədiyinə görə şəhadətnamənin alınması mümkün olmamışdır. Həmçinin Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ-nin məktubu ilə təsdiq olunur ki, ərizəçi ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün xəstəxanaya müraciət etmiş, ancaq müddət keçdiyi üçün həmin sənədi ala bilməmişdir. Eyni zamanda Gəncə şəhər 1 saylı Notariat ofisinin imtina qərarı ilə təsdiq olunur ki, ərizəçi anasından miras qalmış əmlakı vərəsəlik qaydasında əldə etmək üçün həmin notariusa müraciət etmiş, lakin qardaşının ölüm sənədi olmadığından vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2 və 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizəçi qardaşının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən və şahid ifadələri ilə sübuta yetirdiyinə görə X4 1963-cü ildə vəfat etməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 29.01.1963-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X4 1963-cü il tarixdə Gəncə şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2702/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2702/2021
25.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver