Məhkəmə qərarları › İş №2(044)-2787/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2787/2021

22.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2787/2021 22.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əməhiyyətli olan faktın müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 26 fevral 1980-ci ildə doğulmuş qardaşı X10 26 fevral 1981-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi və onun nümayəndəsi iddianın dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, Ərizəçi qardaşı X10 1981-ci ildə Tərtər şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, onun atası X16 ilə X1 təxminən 1976-1977-ci illərdə ailə həyatı qurmuşlar. Ata-anasının birgə nikahdan 5 uşağı 03.08.1978-ci il təvəllüdlü X17, 26.02.1980-ci il təvəllüdlü X22, 08.06.1981-ci il təvəllüdlü X18, 15.06.1983-cü il təvəllüdlü X13 və xx.xx.1987-ci il təvəllüdlü Ərizəçi doğulmuşdur. Ata-anasının arasında olan nikah 2007-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Həmin uşaqlardan X17 İ Qarabağ müharibəsində şəhid olmuş, X18 isə Rusiya Federasiyasında ölmüşdür. Onların hər ikisinin ölüm haqqında şəhadətnaməsi vardır. X8 uşaq vaxtı təxminən 1 yaşı olanda vəfat etmiş, onun valideynlərinin səhlənkarlığı ucbatından qardası Anarın ölüm haqqında şəhadətnaməsini almamışlar. Onlar düşünmüşlər ki, uşaq körpədir, ona ölüm haqqında şəhadətnamə almağa ehtiyac yoxdur. X1 16.03.2021-ci il tarixdə keçirdiyi xəstəlikdən vəfat etmişdir. X3 şəhid olduğu üçün, şəhid ailəsi kimi anasının adına dövlət tərəfindən ev verilmiş, eyni zamanda anası öz adına banka qızıllarını qoyaraq pul götürmüş və həmin pulu tamamilə ödəmişdir. Lakin banka qoyduğu qızılları, götürə bilməmişdir. Bir sözlə ona anasından bir sıra miras əmlaklar qalmışdır. O, anasından miras qalan əşyaları vərəsəlik qaydasında qəbul etməyi üçün, Notariat ofisinə müraciət etmişdir. Oradan ona lazımı sənədləri toplamağı bildirmişlər, o, lazım olan sənədlərin hamısını toplamış, lakin uşaq vaxtı vəfat etmiş qardaşı X10 ölüm şəhadətnaməsini tapa bilmədiyi üçün Gəncə şəhər Nizami Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, X10 ölümü haqqında akt qeydi aşkar edilmədiyi üçün Qeydiyyat şöbəsində ona imtina məktubu verilərək, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. O, həmin sənədi məhkəmədən kənar əldə edə bilmədiyi üçün sözügedən sənədin alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmımdır.Odur ki, qardaşı X10 26 fevral 1981-ci ildə vəfat etməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəmə iclasında ərizəçinin izahatındakı xüsusatları təsdiq edib, ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, Ərizəçi onun bibisi nəvəsidir. Ərizəçinin qardaşı X22 ailənin ikinci oğlu idi və doğulandan zəif uşaq idi. Həmişə bibisigilə gedəndə, həmin vaxtlar onun 14-15 yaşı olmuş, o, Anarı görmüş, qucağında gəzdirmişdir. Sonradan eşitmişdir ki, Anar xəstələnib vəfat etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Əmiraslan qızı ifadəsində göstərdi ki, Ərizəçi onun baldızı oğludur. Onun baldızının 5 oğlu olmuş, X22 1980-ci ildə doğulmuşdur. O, doğulandan sonar 7-8 ay yaşamış, işləmə-qusma xəstəliyindən vəfat etmişdir. Uşaq 14-15 gün xəstə olmuş, ailənin maddi imkanı aşağı olduğu üçün uşağı xəstəxanaya aparmamışlar. Anar Tərtərdə köhnə qəbirstanlığında dəfn olunmuşdur. Mülki iş materiallarında olan: - Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 03.08.1978-ci il tarixdə X17, 26.02.1980-ci il tarixdə X22, 08.06.1981-ci il tarixdə X18, 15.06.1983-cü il tarixdə X13 və xx.xx.1987-ci il tarixdə Ərizəçi doğulmuşlar, ata qrafasında X19, ana qrafasında X6 qeyd edilmişdir. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 04.07.1993-cü il tarixdə vəfat etmiş, ölüm səbəbi döş qəfəsini dəlib keçən, ürəyi zədələyən qəlpə yarası. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 16.03.2021-ci il tarixdə vəfat etmiş, ölüm səbəbi dəqiqləşdirilməmiş böyrək çatışmamazlığı. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 11.03.2019-cu il tarixdə vəfat etmişdir. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X6 arasında olan nikah 12 may 2007-ci il tarixdə pozulmuşdur. - İcbari Tibbi Sığorta üzrə X21 ərazi X4 Tərtər Rayon Mərkəzi X9 Şəxsinin 20.09.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.10.2002-ci il tarixli 137 saylı əmrinə əsasən ölüm haqqında tibbi şəhadətnamənin saxlanma müddəti 1 il olduğu üçün həmin sənədlər məhv edilib. - Gəncə şəhəri 1 saylı Notariat ofisinin 22 oktyabr 2021-ci il tarixli İmtina qərarından görünür ki, Ərizəçi 16.03.2021-ci il tarixdə vəfat etmiş mərhum anası X2 miras əmlakına dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmiş, lakin mərhumun vərəsələrindən X10 ölüm faktını təsdiq edən sənəd təqdim edilmədiyi üçün Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. - Gəncə şəhər Nizami Rayon Qeydiyyat şöbəsinin 22.10.2021-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası vətəndaşı 15.09.1956-cı il tarixdə Tərtər rayonunda anadan olmuş və 16.03.2021-ci il tarixdə vəfat etmiş X5 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 22.10.2021-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir. X7 15.06.1983-cü il, uşaq Ərizəçi oğlu xx.xx.1987-ci il, uşaq X20 03.08.1978-ci il (04.07.1993-cü ildə vəfat edib), uşaq X18 08.06.1981-ci il (11.03.2019-cu ildə vəfat edib), uşaq X22 26.02.1980-ci il. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi əsaslı olduğuna görə təmin olunmalıdır. Belə ki, Azərbyacan Respublikası Mülki – Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maraqlı şəxs məktubu ilə təsdiq olunur ki, ərizəçi ölüm haqqında şəhadətnaməni almaq üçün yaşayış yeri üzrə həmin qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında akt qeydi aşkar edilmədiyinə görə şəhadətnamənin alınması mümkün olmamışdır. Həmçinin Tərtər Rayon Mərkəzi Xəstəxanasının məktubu ilə təsdiq olunur ki, ərizəçi ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün xəstəxanaya müraciət etmiş, ancaq müddət keçdiyi üçün həmin sənədi ala bilməmişdir. Eyni zamanda Gəncə şəhər 1 saylı Notariat ofisinin məktubu ilə təsdiq olunur ki, ərizəçi anasından miras qalmış əmlakı vərəsəlik qaydasında əldə etmək üçün həmin notariusa müraciət etmiş, lakin qardaşının ölüm sənədi olmadığından vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2 və 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, X10 1981-ci ildə Tərtər şəhərində vəfat etməsi iş materialları ilə sübuta yetirdiyinə görə bu barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 26 fevral 1980-ci ildə Tərtər rayonunda anadan olmuş X10 1981-ci ildə Tərtər şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar