Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2856/2020 27.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxxxx 2016-cı il tarixdə faktiki nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 anadan olmuşdular. Lakin münasibətləri uyğun gəlmədiyindən cavabdehlə aralarında olan ailə münasibətləri 2020-ci ilin yanvar ayından artıq tam olaraq kəsilmişdir. Uşaqlar onun himayəsindədir. Cavabdeh onunla ayrıldığı müddətdən övladlarına baxmamış və onların maddi ehtiyaclarını ödəməmişdir, bu səbəbdən də o, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat, cəmi 160 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddiatəmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”dən görünür ki, xx.xx.2017-ci il tarixdə anadan olmuş Əlimərdanova (Nəsirova) Zeynəb Babək qızının atası Cavabdeh və anası İddiaçıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”dən görünür ki, xx.xx.2019-cu il tarixdə anadan olmuş Əlimərdanov (Nəsirov) Əli Babək oğlunun atası Cavabdeh və anası İddiaçıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan AZ-İV № 324025 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı xx.xx.2019cu il təvəllüdlü X5 adlı uşağı var. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan AZ-İİİ № 986896 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı xx.xx.2017ci il təvəllüdlü X3 adlı uşağı var. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək və uşaqlara qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay hər uşaqa üçün 80 manat, cəmi 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsini məqsədə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 80 (səksən) manat, cəmi 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-2856/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2856/2020
27.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver