Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2947/2020 12.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, X3 iştirakı ilə, X3 Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2009-cu il tarixdə anadan olmuş X9, xx.xx.2012-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 üçün hər ay, hər uşaq üçün 50 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X4 məhkəmə iclasında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2009-cu il tarixdə X14, xx.xx.2012-ci il tarixdə X13 və xx.xx.2017-ci il tarixdə X10 adlı üç uşaqları anadan olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən onların nikahları pozulmuş və uşaqlar onun himayəsində saxlanılmışdır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib,iş materiallarını araşdıraraq, hesab edir ki, iddiatəmin edilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)- 2710/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Abdullayeva (Cəfərova) Gülnar Səməd qızı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində 640 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş və tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il tarixdə anadan olmuş X14, xx.xx.2012-ci il tarixdə anadan olmuş X13 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X10 nikah pozulduqdan sonra iddiaçı Abdullayeva (Cəfərova) Gülnar Səməd qızının himayəsində saxlanılmaları qət edilmişdir. xx.xx.2012-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx xxxx 2009-cu il tarixdə X14 anadan olmuşdur. xx.xx.2012-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx xxxx 2012-ci il tarixdə X13 anadan olmuşdur. xx.xx.2018-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx xxxx 2017-ci il tarixdə X10 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, X6 xx.xx.2009-cu il tarixdə anadan olmuş X9, xx.xx.2012-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək və uşağa qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə Cavabdeh xx.xx.2009-cu il tarixdə anadan olmuş X9, xx.xx.2012-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün, xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay, hər uşaq üçün 50 (əlli) manat, cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsini məqsədə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2009-cu il tarixdə anadan olmuş X9, xx.xx.2012-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 50 (əlli) manat, cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, X4na verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-2947/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2947/2020
12.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver