Məhkəmə qərarları › İş №2(044)-2957/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2957/2020

20.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2957/2020 20.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdeh X7 qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X7 qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadbeh X3 xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat məbləğində sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə ailə həyatı qurduqdan sonra mehriban ailə şəratində yaşasalar da, sonralar aralarında narazılıq yaranmışdır. X17 Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X12 ilə aralarında olan xx.xx.2015-ci il tarixdə X17 rayon qeydiyyat şöbəsində 07 nömrəli akt qeydi ilə rəsmiləşdirlmiş nikahın pozulması və nikah pozulduqdan sonra uşaqların onun himayəsində saxlanılması qət edilmişdir. Hal-hazırda cavadbehlə birgə yaşamırlar və uşaqlar onun himayəsindədirlər. O, özü tək ana kimi uşaqlarının tələbatlarını ödəməkdə çətinlik çəkir. Cavabdeh maddi cəhətdən uşaqların tələbatlarını ödəməkdə heç bir köməklik etmir. Bu səbəbdən də o, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin həcminin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək cavabdehdən hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimetin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X12 məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini, hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddiatəmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2004-cü il təvəllüdlü X9, xx.xx.2006-cı il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X10 məxsus olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, onların doğum haqqında şəhadətnamələrində ata qrafasında X12, ana qrafasında isə İddiaçı göstərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş X4 ərizəsindən görünür ki, o, xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X2 üçün hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulmasına razıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş uşaqların saxlanmasına kömək və uşaqlara qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə cavabdeh X3 xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 50 manat olmaqla, 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsini məqsədə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X3 xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh X3 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində X17 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar