Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3032/2020 05.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X1, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2009-cu il tarixdə anadan olmuş X8 adlı yetkinlik yaşına çatanadək hər ay 150 manat məbləğində alimentin onun xeyrinə tutulması, xx.xx.2020-ci il tarixdən hazırkı iş üzrə qəbul ediləcək qətnamə icraya yönəldiyi günə qədər hər ay ödəməli olduğu 150 manat pulu birdəfəlik ödəməsinə dair, hüquqi yardıma görə vəkilə ödədiyi 110 manat qonorar pulunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X9 ilə 2006-cı ildə faktiki olaraq ailə qurmuş, nikahları rəsmiləşdirilməmiş və onların birgə nikahlarından xx.xx.2009-cu il tarixdə X8 adlı bir uşaqları anadan olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli qətnaməsinə əsasən X3 hər ay 40 manat aliment tutularaq ona verilməsi qət edilmişdir. X9 uşağa aliment verməmək üçün bacısı Cavabdeh ərizəsi əsasında Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tartixli qətnaməsi ilə X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti vermiş, məhkəmə kollegiyası iclasında onun hazırkı iddianı qaldırmaqla yayınmaq fikrinin olmadığını, qardaşının əvəzinə hər ay 150 manat aliment ödəməyi öhdəsinə götürdüyünü, 2019-cu il üçün bütün alimenti ödədiyini və qardaşının heç bir aliment borcu olmadığını, buna görə də İddiaçı ilə razılığa gəldiklərini göstərmiş və İddiaçı apellyasiya şikayətindən imtinasının qəbul edilməsini və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmiş, həmin əsasla da o, apellyasiya şikayətindən imtina etdiyi üçün Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti üzrə icraata xitam verilmiş, o, cavabdehin hər ay ödəyəcəyinə vəd verdiyi 150 manat müqabilində apellyasiya şikayətindən imtina etmişdir. Bu barədə aralarında razılaşma olmuşdur. Lakin həmin vaxtdan dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh heç bir ödəniş aparmamışdır. Göründüyü kimi, cavabdeh öz üzərinə götürdüyü öhdəliyi icra etməmiş və bu səbəbdən də o, öhdəlik verdiyi gündən, yəni xx.xx.2020-ci il tarixdən hazırkı vaxta qədər hər ay ödəməli olduğu 150 manat pulu birdəfəlik və uşaq yetkinlik yaşına çatanadək hər ay 150 manat aliment ödəməlidir. İddiaçının nümayəndəsi, vəkil X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin vəkili Vəkil tərəfindən məhkəməyə daxil olmuş ərizədə bildirilmişdir ki, iddia tələbini qismən qəbul edirlər, X3 məhkəmə qətnaməsi ilə hər ay 80 manat alimentin tutularaq, iddiaçıya verilməsi qət edilmişdir. Hazırda da Cavabdeh fəaliyyət qabiliyyəti olmayan qardaşı X4 pensiyasından hər ay 80 manat aliment tutularaq iddiaçıya verilir. Cavabdeh qardaşı X4 üzərində qəyyum təyin edilmişdir, cavabdeh qardaşının övladını öz övladları hesab edir və uşağın böyüməsinə kömək etməyə hər zaman hazırdır. Hətta qardaşı xəstə olsa da, tibbi yardıma, daima köməyə ehtiyacı olsa da, qardaşını öz hesabına saxlayır. Hazırda qardaşının pensiyasından 150 manat alimentin tutularaq xx xxxx 2009-cu il tarixdə anadan olmuş Aysunun saxlanması üçün iddiaçıya verilməsinə etiraz etmir. Lakin həmin alimentin bu işlə bağlı qətnamə qanuni qüvvəyə mindikdən sonra hesablanmasını istəyir. Məhkəməiddiaçının nümayəndəsinin izahatını dinləyib,iş materiallarını araşdıraraq, hesab edir ki, iddiaqismən təmin edilməlidir. Belə ki, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(104)-729/2020 saylı qərardadının surətindən görünür kİ, Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs İddiaçı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)- 1652/2019 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilmiş və apellyasiya şikayəti üzrə apelyasiya icratına xitam verilməsi qərara alınmışdır. xx.xx.2010-cu il tarixdə Gəncə şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə İddiaçı birgə nikahlarından xx xxxx 2009-cu il tarixdə X8 anadan olmuşdur. Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə şəhəri Nizami rayon filialı tərəfindən xx.xx.2010-ci il tarixdə verilmiş arayışdan görünür ki, X10 1-ci dərəcəli əlilliyə görə ömürlük 150.00 manat məbləğində sosial müavinat və 100.00 manat prezident təqaüdü alır. xx.xx.2020-ci il tarixdən hal-hazıra kimi hər ay 80 manat aliment tutularaq İddiaçı köçürülür. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhər Nizami Rayon İcra hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 87 saylı sərəncamının surətindən görünür ki, Cavabdeh xx.xx.1977-ci il təvəllüdlü X7 qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə iddia tələbinin xx.xx.2020-ci il tarixdən hazırkı iş üzrə qəbul ediləcək qətnamə icraya yönəldiyi günə qədər hər ay ödəməli olduğu 150 manat pulu birdəfəlik ödəməsinə və hüquqi yardıma görə vəkilə ödədiyi 110 manat qonorar pulunun cavabdehdən alınıb ona verilməsinə dair hissələrinə qiymət verərək hesab edir ki, iddia tələbinin həmin hissələrdə təmin edilməsi istisna olunur. Məhkəmə X4 qəyyumu Cavabdeh xx xxxx 2009-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsini məqsədə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X4 qəyyumu Cavabdeh xx xxxx 2009-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. X4 qəyyumu Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-3032/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3032/2020
05.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver