Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3082/2020 27.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il üçün minimum yaşayış həddində 170 manat hər uşaq üçün təyin edilməklə, hər ay sabit pul məbləğində alimentin iki uşağın saxlanmalarına görə Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən onların nikahları pozulmuş, birgə nikahlarından olan xx.xx.2010-cu il tarixdə anadan olmuş X7 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X8 onun himayəsində saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 90 manat, cəmi 180 manat miqdarında alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda həmin məbləğ uşaqların maddi tələbatlarının ödənilməsində yetərli deyildir və cavabdeh tərəfindən aliment ödənişləri qərəzli şəkildə gecikdirmələrlə ödənilir, uşaqların məsrəf xərcləri artmaqdadır, cavabdeh isə buna tam məsuliyyətsizlik göstərir. Hazırda Fidan onun yanındadır, X13 2020-ci ilin fevral ayından atasının yanında qalır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddiaçı ilə 2009-cu ildə ailə qurmuş və onların iki uşaqları vardır. Hazırda uşaqlardan xx.xx.2010-cu il tarixdə anadan olmuş X7 iddiaçının himayəsində və xx.xx.2012-ci il tarixdə anadan olmuş X8 isə 2020-ci ilin fevral ayından onun himayəsindədir. İddiaçı 2019-cu ilin dekabr ayından bir şəxslə qeyri-rəsmi yaşayır. Məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)- 1796/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X9 ilə Cavabdeh arasında xx xxxxxx 2009-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 627 saylı aklt qeydi ilə qeydiyyata alınmış nikah pozulmuş, boşanmadan sonra xx xxxxxxxx 2010-cu il təvəllüdlü X7 və xx xxxxxxxx 2012-ci il təvəllüdlü X8 anaları X3 yanında saxlanılmaları və xx xxxxxxxx 2010-cu il təvəllüdlü X1 və xx xxxxxxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2015-ci il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 90 manat, cəmi 180 manat miqdarında alimentin alınaraq iddiaçı X5 verilməsi qət edilmişdir. xx.xx.2010-cu il tarixdə Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 birgə nikahlarından xx.xx.2010-cu il tarixdə X7 anadan olmuşdur. xx.xx.2012-ci il tarixdə Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 birgə nikahlarından xx.xx.2012-ci il tarixdə X8 anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, hazırda tərəflərin birgə nikahlarından xx.xx.2010cu il tarixdə anadan olmuş X7 İddiaçı himayəsində və xx.xx.2012-ci il tarixdə anadan olmuş X8 isə 2020-ci ilin fevral ayından atası Cavabdeh himayəsindədir. Odur ki, məhkəmə iddia tələbinin xx.xx.2012-ci il tarixdə anadan olmuş X6 münasibətdə hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi xx.xx.2012-ci il tarixdə anadan olmuş X6 münasibətdə təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1796/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı X4 münasibətdə artırılaraq, xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 1440 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1796/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 münasibətdə artırılaraq, xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumu 30 manat cavabdeh NiyazovElşənYunis oğlundan tutularaq dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2020-ci il tarixli 2(044)-3082/2020 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-3082/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3082/2020
27.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver