Məhkəmə qərarları › İş №2(044)-3116/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3116/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3116/2020 12.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: ABC Telecom MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək sonuncudan HOFFMANN markalı paltaryuyan üçün 277 manat ödənilməmiş hissə, 28 manat cərimə, cəmi 305 manat, İMEİ kodu **********47625 Samsung Galaxy J4 markalı telefon üçün 149 manat ödənilməmiş hissə, 15 manat cərimə, cəmi 164 manat, Alyans-Paris tv altı üçün 179 manat ödənilməmiş hissə, 18 manat cərimə, cəmi 197 manat, Samsung markalı LED televizor üçün 508 manat ödənilməmiş hissə, 51 manat cərimə, cəmi 559 manat, ümumilikdə 1225 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1255 manat pul vəsaitin alınıb onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən HOFFMANN markalı paltaryuyan, İMEİ kodu **********47625 Samsung Galaxy J4 markalı telefon, Alyans-Paris tv altı, Samsung markalı LED televizor almış və nəticədə 1225 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 686 manat (18 ay x 38 manat + 2 manat ilkin ödəniş) HOFFMANN markalı paltaryuyan üçün 305 manat olmaqla ondan, 277 manat ödənilməmiş hissə, 28 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 492 manat (12 ay x 41 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********47625 Samsung Galaxy J4 markalı telefon üçün 164 manat olmaqla ondan, 149 manat ödənilməmiş hissə, 15 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 276 manat (23 ay x 12 manat + 0 manat ilkin ödəniş) Alyans-Paris tv altı üçün 197 manat olmaqla ondan, 179 manat ödənilməmiş hissə, 18 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 758 manat (18 ay x 42 manat + 2 manat ilkin ödəniş) Samsung markalı LED televizor üçün 559 manat olmaqla ondan, 508 manat ödənilməmiş hissə, 51 manat cərimə borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 1099 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMCdən HOFFMANN markalı paltaryuyanı 686 manata almışdır. - xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMCdən Samsung Galaxy J4 markalı telefonu 492 manata almışdır. - Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 12 ay ərzində hər ay 41 manat ödənilməsi nəzərdə tutulmuşdur. - xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMCdən Alyans-Paris tv altı 276 manata almışdır. - Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 23 ay ərzində hər ay 12 manat ödənilməsi nəzərdə tutulmuşdur. - xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMCdən Samsung markalı LED televizoru 758 manata almışdır. - Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 18 ay ərzində hər ay 42 manat ödənilməsi nəzərdə tutulmuşdur. - xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 409 manat, ödənilməmiş məbləği 277 manat, cərimə məbləği 28 manat, ümumilikdə ödənilməmiş məbləği 305 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 343 manat, ödənilməmiş məbləği 149 manat, cərimə məbləği 15 manat, ümumilikdə ödənilməmiş məbləği 164 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 97 manat, ödənilməmiş məbləği 179 manat, cərimə məbləği 18 manat, ümumilikdə ödənilməmiş məbləği 197 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 250 manat, ödənilməmiş məbləği 508 manat, cərimə məbləği 51 manat, ümumilikdə ödənilməmiş məbləği 559 manat olmaqla cəmi ödənilməmiş məbləği 1225 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqavilələrə əsasən ABC Telecom MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2019cu il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 277 manat ödənilməmiş hissə, 28 manat cərimə, cəmi 305 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 149 manat ödənilməmiş hissə, 15 manat cərimə, cəmi 164 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 179 manat ödənilməmiş hissə, 18 manat cərimə, cəmi 197 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 508 manat ödənilməmiş hissə, 51 manat cərimə, cəmi 559 manat, ümumilikdə cəmi 1225 (min iki yüz iyirmi beş) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq ABC X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar