Məhkəmə qərarları › İş №2(044)-3128/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3128/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3128/2020 12.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, İMEİ kodu: **********10399 olan Samsung J2 markalı telefon, Hoffmann termopot üçün 80 manat ödənilməmiş hissə, 27 manat dəbbə pulu, İMEİ kodu: **********17808 Samsung J2 markalı telefon üçün 189 manat ödənilməmiş hissə, 57 manat dəbbə pulu, İMEİ kodu: **********73290 Samsung Galaxy J4 plus markalı telefon üçün 171 manat ödənilməmiş hissə, 46 manat dəbbə pulu, İMEİ kodu: **********01969 olan Samsung J2 markalı telefon üçün 96 manat ödənilməmiş hissə, 29 manat dəbbə pulu, İMEİ kodu: **********78692 olan Samsung Galaxy A20 markalı telefon üçün 351 manat ödənilməmiş hissə, 105 manat dəbbə pulu, LG markalı LED televizor üçün 1700 manat ödənilməmiş hissə, 300 manat dəbbə pulu, Samsung markalı paltaryuyan üçün 1127 manat ödənilməmiş hissə, 175 manat dəbbə pulu,ümumilikdə 4453 manat borc və 30 manat dövlət rüsumu, Cavabdeh alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh «xxxxxxxxxxx» MMC ilə xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2018-ci, xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən İMEİ kodu: **********10399 olan Samsung J2 markalı telefon, Hoffmann termopot, İMEİ kodu: **********17808 Samsung J2 markalı telefon, İMEİ kodu: **********73290 Samsung Galaxy J4 plus markalı telefon, İMEİ kodu: **********01969 olan Samsung J2 markalı telefon, İMEİ kodu: **********78692 olan Samsung Galaxy A20 markalı telefon, LG markalı LED televizor, Samsung markalı paltaryuyan almış nəticədə 4453 manat borcu yaranmışdır. Müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 540 manat (18 ay x 30 manat + 0 manat ilkin ödəniş) olan Samsung J2 markalı telefon, Hoffman termopot üçün 80 manat ödənilməmiş hissə, 27 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 378 manat (18 ay x 21 manat + 0 manat ilkin ödəniş) olan Samsung J2 markalı telefon üçün 189 manat ödənilməmiş hissə, 57 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 441 manat (18 ay x 22 manat + 45 manat ilkin ödəniş) Samsung Galaxy J4 plus markalı telefon üçün 171 manat ödənilməmiş hissə, 46 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 456 manat (19 ay x 24 manat + 0 manat ilkin ödəniş) olan Samsung J2 markalı telefon üçün 96 manat ödənilməmiş hissə, 29 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 500 manat (12 ay x 39 manat + 32 manat ilkin ödəniş) Samsung Galaxy A20 markalı telefon üçün 351 manat ödənilməmiş hissə, 105 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1944 manat (18 ay x 100 manat + 144 manat ilkin ödəniş) LG markalı LED televizor üçün 1700 manat ödənilməmiş hissə, 300 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1314 manat (18 ay x 73 manat + 0 manat ilkin ödəniş) Samsung markalı paltaryuyan üçün 1127 manat ödənilməmiş hissə, 175 manat dəbbə pulu, ümumilikdə 4453 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1859 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2018-ci, xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli müqavilələrindən görünür ki, Cavabdeh İMEİ kodu: **********10399 olan Samsung J2 markalı telefon, Hoffmann termopot, İMEİ kodu: **********17808 Samsung J2 markalı telefon, İMEİ kodu: **********73290 Samsung Galaxy J4 plus markalı telefon, İMEİ kodu: **********01969 olan Samsung J2 markalı telefon, İMEİ kodu: **********78692 olan Samsung Galaxy A20 markalı telefon, LG markalı LED televizor, Samsung markalı paltaryuyan almış nəticədə 4453 manat borcu yaranmışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnın “xxxxxxxxxxx” MMC-yə Samsung J2 markalı telefon, Hoffmann termopot üçün 80 manat ödənilməmiş hissə, 27 manat dəbbə pulu, Samsung J2 markalı telefon üçün 189 manat ödənilməmiş hissə, 57 manat dəbbə pulu, Samsung Galaxy J4 plus markalı telefon üçün 171 manat ödənilməmiş hissə, 46 manat dəbbə pulu, Samsung J2 markalı telefon üçün 96 manat ödənilməmiş hissə, 29 manat dəbbə pulu, Samsung Galaxy A20 markalı telefon üçün 351 manat ödənilməmiş hissə, 105 manat dəbbə pulu, LG markalı LED televizor üçün 1700 manat ödənilməmiş hissə, 300 manat dəbbə pulu, Samsung markalı paltaryuyan üçün 1127 manat ödənilməmiş hissə, 175 manat dəbbə pulu,ümumilikdə 4453 manat borcu yaranmışdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh hər ay 150 manat ödəyəcəyini nəzərə alaraq məhkəmədən qanuna müvafiq qətnamə qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təq-dim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə ala-raq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdı-rıl-masına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbinin hüquqi əsasları olduğundan qismən tə-min olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçı «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019cu, xx.xx.2018-ci, xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən İMEİ kodu: **********10399 olan Samsung J2 markalı telefon, Hoffmann termopot, İMEİ kodu: **********17808 Samsung J2 markalı telefon, İMEİ kodu: **********73290 Samsung Galaxy J4 plus markalı telefon, İMEİ kodu: **********01969 olan Samsung J2 markalı telefon, İMEİ kodu: **********78692 olan Samsung Galaxy A20 markalı telefon, LG markalı LED televizor, Samsung markalı paltaryuyan almış, lakin alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, müqavilə üzrə ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Buna görə də məhkəmə müqavilə üzrə Cavabdeh aldığı malın dəyəri qismində 7 müqavilə üzrə əsas borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 27 manat məbləğində (cərimə) dəbbə pulu azaldılaraq 1 manat, 57 manat məbləğində (cərimə) dəbbə pulu azaldılaraq 1 manat, 46 manat məbləğində (cərimə) dəbbə pulu azaldılaraq 1 manat, 29 manat məbləğində (cərimə) dəbbə pulu azaldılaraq 2 manat, 105 manat məbləğində (cərimə) dəbbə pulu azaldılaraq 2 manat, 300 manat məbləğində (cərimə) dəbbə pulu azaldılaraq 10 manat və 175 manat məbləğində (cərimə) dəbbə pulu azaldılaraq 8 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, Samsung J2 markalı telefon, Hoffmann termopot üçün 80 manat ödənilməmiş hissə, 1 manat dəbbə pulu, İMEİ kodu: **********17808 Samsung J2 markalı telefon üçün 189 manat ödənilməmiş hissə, 1 manat dəbbə pulu, İMEİ kodu: **********73290 Samsung Galaxy J4 plus markalı telefon üçün 171 manat ödənilməmiş hissə, 1 manat dəbbə pulu, İMEİ kodu: **********01969 olan Samsung J2 markalı telefon üçün 96 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, İMEİ kodu: **********78692 olan Samsung Galaxy A20 markalı telefon üçün 351 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, LG markalı LED televizor üçün 1700 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, Samsung markalı paltaryuyan üçün 1127 manat ödənilməmiş hissə, 8 manat dəbbə pulu, ümumilikdə 3739 manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq «xxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun “8.1.2-ci maddəsinə əsasən iddia tələbi 500 manatdan çox olduqda iddia ərizələrinə ödənilən rüsumun məbləği 30 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Samsung J2 markalı telefon, Hoffmann termopot üçün 80 manat ödənilməmiş hissə, 1 manat dəbbə pulu, İMEİ kodu: **********17808 Samsung J2 markalı telefon üçün 189 manat ödənilməmiş hissə, 1 manat dəbbə pulu, İMEİ kodu: **********73290 Samsung Galaxy J4 plus markalı telefon üçün 171 manat ödənilməmiş hissə, 1 manat dəbbə pulu, İMEİ kodu: **********01969 olan Samsung J2 markalı telefon üçün 96 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, İMEİ kodu: **********78692 olan Samsung Galaxy A20 markalı telefon üçün 351 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, LG markalı LED televizor üçün 1700 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, Samsung markalı paltaryuyan üçün 1127 manat ödənilməmiş hissə, 8 manat dəbbə pulu, ümumilikdə 3739 manat borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar