Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3135/2021 18.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, 13.07.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu: **********25154 olan Samsung Galaxy A50 markalı telefon üçün 124 manat ödənilməmiş hissə, 0 manat cərimə, 16.09.2019-cu il tarixli müqaviləsinə əsasən Asus VivoBook markalı komputer üçün 747 manat ödənilməmiş hissə, 0 manat cərimə, 09.10.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu: **********29812 olan Samsung Galaxy A50 markalı telefon, Smart Segway holder üçün 790 manat ödənilməmiş hissə, 0 manat cərimə, 12.10.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu: **********97630 olan Samsung Galaxy A50, İMEİ kodu **********97507 olan Samsung Galaxy A50 markalı 2 ədəd telefon üçün 1280 manat ödənilməmiş hissə, 0 manat cərimə, ümumilikdə 2941 manat borc və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 13.07.2019-cu, 16.09.2019-cu, 09.10.2019-cu il və 12.10.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən İMEİ kodu: **********25154 olan Samsung Galaxy A50 markalı telefon, Asus VivoBook markalı komputer, İMEİ kodu: **********29812 olan Samsung Galaxy A50 markalı telefon, Smart Segway holder, İMEİ kodu: **********97630 olan Samsung Galaxy A50, İMEİ kodu **********97507 olan Samsung Galaxy A50 markalı 2 ədəd telefon almış və nəticədə 2941 manat borcu yaranmışdır. Müqavilənin şərtlərini pozmuş və nəticədə 13.07.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 744 manat (12 ay x 62 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu: **********25154 olan Samsung Galaxy A50 markalı telefon üçün 124 manat ödənilməmiş hissə, 0 manat cərimə, 16.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1000 manat (12 ay x 83 manat + 4 manat ilkin ödəniş) olan Asus VivoBook markalı komputer üçün 747 manat ödənilməmiş hissə, 0 manat cərimə, 09.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1062 manat (12 ay x 88 manat + 6 manat ilkin ödəniş) olan İMEİ kodu: **********29812 olan Samsung Galaxy A50 markalı telefon, Smart Segway holder üçün 790 manat ödənilməmiş hissə, 0 manat cərimə, 12.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1440 manat (18 ay x 80 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu: **********97630 olan Samsung Galaxy A50, İMEİ kodu **********97507 olan Samsung Galaxy A50 markalı 2 ədəd telefon üçün 1280 manat ödənilməmiş hissə, 0 manat cərimə, ümumilikdə 2941 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1305 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 13.07.2019-cu, 16.09.2019-cu, 09.10.2019-cu il və 12.10.2019 il tarixli müqavilələrindən görünür ki, Cavabdeh İMEİ kodu: **********25154 olan Samsung Galaxy A50 markalı telefon. Asus VivoBook markalı komputer, İMEİ kodu: **********29812 olan Samsung Galaxy A50 markalı telefon, Smart Segway holder, İMEİ kodu: **********97630 olan Samsung Galaxy A50, İMEİ kodu **********97507 olan Samsung Galaxy A50 markalı 2 ədəd telefon almış və nəticədə 2941 manat borcu yaranmışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnın "xxxx" MMC-yə İMEİ kodu: **********25154 olan Samsung Galaxy A50 markalı telefon üçün 124 manat ödənilməmiş hissə, 0 manat cərimə, Asus VivoBook markalı komputer üçün 747 manat ödənilməmiş hissə, 0 manat cərimə, İMEİ kodu: **********29812 olan Samsung Galaxy A50 markalı telefon, Smart Segway holder üçün 790 manat ödənilməmiş hissə, 0 manat cərimə, İMEİ kodu: **********97630 olan Samsung Galaxy A50, İMEİ kodu **********97507 olan Samsung Galaxy A50 markalı 2 ədəd telefon üçün 1280 manat ödənilməmiş hissə, 0 manat cərimə, ümumilikdə 2941 manat borcu yaranmışdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmıdır. Buna baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt verməmiş və işə оnun iştirаkı оlmаdаn bаxılmаsı bаrədə məhkəməyə vəsаtət dаxil оlmаmışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci madədsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə cavabdehin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış 13.07.2019-cu, 16.09.2019-cu, 09.10.2019-cu il və 12.10.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən İMEİ kodu: **********25154 olan Samsung Galaxy A50 markalı telefon, Asus VivoBook markalı komputer, İMEİ kodu: **********29812 olan Samsung Galaxy A50 markalı telefon, Smart Segway holder, İMEİ kodu: **********97630 olan Samsung Galaxy A50, İMEİ kodu **********97507 olan Samsung Galaxy A50 markalı 2 ədəd telefon almış, lakin alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəlikləri icra etməmiş, müqavilələr üzrə ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Buna görə də məhkəmə müqavilə üzrə Cavabdeh aldığı malın dəyəri qismində müqavilə üzrə əsas borcun tutulmasını əsaslı hesab edir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, İMEİ kodu: **********25154 olan Samsung Galaxy A50 markalı telefon üçün 124 manat ödənilməmiş hissə, 0 manat cərimə, Asus VivoBook markalı komputer üçün 747 manat ödənilməmiş hissə, 0 manat cərimə, İMEİ kodu: **********29812 olan Samsung Galaxy A50 markalı telefon, Smart Segway holder üçün 790 manat ödənilməmiş hissə, 0 manat cərimə, İMEİ kodu: **********97630 olan Samsung Galaxy A50, İMEİ kodu **********97507 olan Samsung Galaxy A50 markalı 2 ədəd telefon üçün 1280 manat ödənilməmiş hissə, 0 manat cərimə, ümumilikdə 2941 manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun “8.1.2-ci maddəsinə əsasən iddia tələbi 500 manatdan çox olduqda iddia ərizələrinə ödənilən rüsumun məbləği 30 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İMEİ kodu: **********25154 olan Samsung Galaxy A50 markalı telefon üçün 124 manat ödənilməmiş hissə, Asus VivoBook markalı komputer üçün 747 manat ödənilməmiş hissə, İMEİ kodu: **********29812 olan Samsung Galaxy A50 markalı telefon, Smart Segway holder üçün 790 manat ödənilməmiş hissə, İMEİ kodu: **********97630 olan Samsung Galaxy A50, İMEİ kodu **********97507 olan Samsung Galaxy A50 markalı 2 ədəd telefon üçün 1280 manat ödənilməmiş hissə, ümumilikdə 2941 manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-3135/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3135/2021
18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver