Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3136/2021 21.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26.06.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********11165 “Samsung Galaxy A20” markalı telefon üçün 35 manat ödənilməmiş hissə, 18 manat dəbbə pulu,15.09.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung LED” markalı televizor üçün 540 manat ödənilməmiş hissə, 162 manat dəbbə, 03.10.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung LED” markalı televizor üçün 646 manat ödənilməmiş hissə, 191 manat dəbbə pulu, 09.11.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung” markalı soyuducu üçün 1432 manat ödənilməmiş hissə, 441 manat dəbbə, 29.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********77183 “Samsung Galaxy A10” markalı telefon üçün 240 manat ödən ilməmiş hissə, 54 manat dəbbə pulu, 28.12.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung” markalı mikrodalğalı soba üçün 255 manat ödənilməmiş hissə, 76 manatdəbbə pulu, ümumilikdə 4090 manat və 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 26.06.2019-cu il tarixli, 15.09.2019-cu il tarixli, 03.10.2019-cu il tarixli, 09.11.2019-cu il tarixli, 29.11.2019-cu il tarixli, 29.11.2019-cu il tarixli, 28.12.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********11165 “Samsung Galaxy A20” markalı telefon, “Samsung LED” markalı televizor, “Samsung LED” markalı televizor, “Samsung” markalı soyuducu, İMEİ kodu **********77183 “Samsung Galaxy A10” markalı telefon, “Samsung” markalı mikrodalğalı soba almış və nəticədə 4090 (dörd min doxsan) manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmişdir. Cavabdehin ödədiyi məbləğ cəmi 1969 manat təşkil edir. Cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 26.06.2019-cu il tarixli 00745322 saylı müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh İMEİ kodu **********11165 “Samsung Galaxy A20” markalı telefon satılmışdır. 15.09.2019-cu il tarixli 00914061 saylı müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh “Samsung LED” markalı televizor satılmışdır. 03.10.2019-cu il tarixli 00955666 saylı müqavilədən görünür ki, ABC Telekom» MMC tərəfindən Cavabdeh “Samsung LED” markalı televizor satılmışdır. 09.11.2019-cu il tarixli 01038938 saylı müqavilədən görünür ki, ABC Telekom» MMC tərəfindən Cavabdeh “Samsung” markalı soyuducu satılmışdır. 29.11.2019-cu il tarixli 01085904 saylı müqavilədən görünür ki, ABC Telekom» MMC tərəfindən Cavabdeh İMEİ kodu **********77183 “Samsung Galaxy A10” markalı telefon satılmışdır. 28.12.2019-cu il tarixli 01169111 saylı müqavilədən görünür ki, ABC Telekom» MMC tərəfindən Cavabdeh “Samsung” markalı mikrodalğalı soba satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 26.06.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********11165 “Samsung Galaxy A20” markalı telefon üçün 35 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 15.09.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung LED” markalı televizor üçün 540 manat ödənilməmiş hissə, 5 manat dəbbə, 03.10.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung LED” markalı televizor üçün 646 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 09.11.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung” markalı soyuducu üçün 1432 manat ödənilməmiş hissə, 5 manat dəbbə, 29.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********77183 “Samsung Galaxy A10” markalı telefon üçün 240 manat ödən ilməmiş hissə, 5 manat dəbbə pulu, 28.12.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung” markalı mikrodalğalı soba üçün 255 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, cəmi 3178 (üç min yüz yetmiş səkkiz) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 26.06.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********11165 “Samsung Galaxy A20” markalı telefon üçün 35 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 15.09.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung LED” markalı televizor üçün 540 manat ödənilməmiş hissə, 5 manat dəbbə, 03.10.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung LED” markalı televizor üçün 646 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 09.11.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung” markalı soyuducu üçün 1432 manat ödənilməmiş hissə, 5 manat dəbbə, 29.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********77183 “Samsung Galaxy A10” markalı telefon üçün 240 manat ödən ilməmiş hissə, 5 manat dəbbə pulu, 28.12.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung” markalı mikrodalğalı soba üçün 255 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, cəmi 3178 (üç min yüz yetmiş səkkiz) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-3136/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3136/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver