Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3152/2020 02.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1992-ci ildən indiyə qədər Hərbi Qulluqçuların Dövlət X5 ödənişini almadığından Dövlət X2 6.600 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan görünür ki, iddiaçı tələbini cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı yönəltmişdir. İddia ərizəsi nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iddiaçının tələbinin yönəldiyi cavabdeh Azərbaycan Respublikası Dövlət X3 ünvanı Bakı şəhəridir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Dövlət X3 hüquqi ünvanı Bakı şəhərindədir. Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Belə olduğu halda iddiaçıya izah edilir ki, cavabdehin hüquqi ünvanının olduğu yer Bakı şəhəri olduğundan, cavabdehin hüquqi ünvanının olduğu yerin məhkəməsinə hazırki iddia tələbi ilə müraciət etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Göstərilən Məcəllənin 152.1-ci və 152.1.3-cü maddələrinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 35, 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılsın. İddiaçıya ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-3152/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3152/2020
02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver