Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3153/2020 02.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlu, Ərizəçi İddiaçı maraqlı şəxslər LPO Maraqlı şəxs1, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı X3, Kənd Təsərrüfatı Nazirliyi yanında X2 və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinə, X1, Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “icra sənədinin maraqlı şəxslər tərəfindən icra olunması” tələbinə dair ərizəsinə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı maraqlı şəxslər LPO Maraqlı şəxs1, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı X3, Kənd Təsərrüfatı Nazirliyi yanında X2 və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinə, X1, Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “icra sənədinin maraqlı şəxslər tərəfindən icra olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, № 123704 saylı icra vərəqəsinin maraqlı şəxslər tərəfindən icra edilməsinə dair ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, aşağıda qeyd edilənlərə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 153.2. və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə hesab edir ki, ərizənin yolverilməzliyinə görə, yəni ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya izah edilməlidir ki, qeyd olunan məsələ ilə əlaqədar olaraq Gəncə şəhəri üzrə İcra İdarəsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə Q ə r a r a a l d ı: Ərizəçi İddiaçı maraqlı şəxslər LPO Maraqlı şəxs1, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı X3, Kənd Təsərrüfatı Nazirliyi yanında X2 və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinə, X1, Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “icra sənədinin maraqlı şəxslər tərəfindən icra olunması” barədə tələbi iddianın yolverilməzliyinə, yəni ərizəyə məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçi tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qeyd olunan məsələ ilə əlaqədar olaraq Gəncə şəhəri üzrə İcra İdarəsinə müraciət etmək hüququ vardır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində X4 Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-3153/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3153/2020
02.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver