Məhkəmə qərarları › İş №2(044)-3166/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3166/2020

29.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3166/2020 29.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ HakimŞirinov Gündüz Əhmədoğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(044)-6037/2016 saylı qətnaməsi ilə xx xxxxxx 2015-ci il tarixdə anadan olmuş X2 üçün 100 manat sabit pul məbləğində təyin edilmiş alimentin dəyişdirilərək, Cavabdeh 1 uşağa görə qazancının və (və ya) gəlirlərin dörddə bir hissəsi miqdarında alimentin təyin edilərək ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2016-cı il tarixdə başlayaraq, Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmiş və həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir. Hazırda xx.xx.2015-ci il tarixdə anadan olmuş X6 ilə anasının himayəsində yaşayır, uşaq böyüdükcə atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh uşağına qarşı heç bir diqqət və qayğı göstərməmiş, uşağın təlim-tərbiyəsi ilə məşğul olaqla yanaşı, həm də maddi tələbatlarını ödəməkdə tək qadın olaraq ona çox çətindir. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhəri, Kəpəz rayon Dövlət Yanğından Mühafizə hissəsində işləməklə 600 manata yaxın əmək haqqı alır. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhəri, Kəpəz rayon Dövlət Yanğından Mühafizə hissəsində işləmir. Odur ki, məhkəmədən bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(044)- 6037/2016 saylı qətnaməsi əsasında tutulan xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 üçün sabit pul məbləğində təyin edilmiş 100 manat məbləğində alimentin miqdarı artırılaraq hər ay 170 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Cavabdeh məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən o, xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment ödəyir. Hazırda o, banka kredit ödəyir və onun hər ay 100 manatdan artıq aliment ödəməyə maddi imkanı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(044)- 6037/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, xx xxxxxx 2015ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxxxx 2016-cı il tarixdən başlayaraq, Cavabdeh hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X4 verilməsi qət edilmişdir. xx xxxxxx 2015-ci il tarixdə Gəncə “ASAN Xidmət” mərkəzi-qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 birgə nikahlarından xx xxxxxx 2015-ci il tarixdə X6 adlı bir uşaqları anadan olmuşdur. xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 nikahları xx.xx.2020-ci il tarixdə pozulmuşdur. Qadına Novruzova soyadı verilmişdir. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(044)-6037/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx xxxxxx 2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 1680 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(044)-6037/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx xxxxxx 2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumu 30 manat Cavabdeh tutularaq dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2020-ci il tarixli 2(044)-3166/2020 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar