Məhkəmə qərarları › İş №2(044)-3172/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3172/2020

05.10.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3172/2020 05.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X1 Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, Kreditor MMC-nin Borclu qarşı borcun ödənilməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək Borclu 2426 manat məbləğində əsas borcun və 20 manat məbləğində dövlət rüsumunun, cəmi 2446 manat məbləğində pul vəsaitinin alınaraq onun hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, ərizədə və maliyyə arayışında Borclu xx.xx.2019-cu il tarixdə bağlanmış BNK5773944 saylı müqavilə üzrə 620 manat, xx.xx.2019-cu il tarixdə bağlanmış BNK5773945 saylı müqavilə üzrə isə 1806 manat olmaqla ümumilikdə 2426 manat borcu olduğu qeyd edilərək ərizəyə xx.xx.2019-cu il tarixdə bağlanmış BNK5773944 saylı müqavilə əlavə edilsə də, xx.xx.2019-cu il tarixdə bağlanmış BNK5773945 saylı müqavilə əlavə edilməmişdir. Bununla da tələbi tam təsdiq edən sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2 və 279.2.1-ci maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Beləliklə hesab edirəm ki, kreditorun tələbini tam təsdiq edən sənəd olmadığına görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Kreditor MMC-nin Borclu qarşı borcun ödənilməsi tələbinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Kreditor MMC-yə həmin tələb üzrə iddia icraatı qaydasında müraciət etmək hüququ izah edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində X1 Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar