Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-320/2021 16.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********74206 Samsung Galaxy A30 markalı telefon, 4D X4 Samsumg A30 ekran qoruyucu üçün 368 manat ödənilməmiş hissə, 118 manat dəbbə pulu, cəmi 486 manat,xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********13157 Samsung Galaxy A10 markalı telefon üçün 340 manat ödənilməmiş hissə, 48 manat dəbbə, cəmi 388 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, LG markalı televizor üçün 880 manat ödənilməmiş hissə, 149 manat dəbbə, cəmi 1029 manat,xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, LG markalı paltaryuyan üçün 990 manat ödənilməmiş hissə, 135 manat dəbbə, cəmi 1125 manat, ümumilikdə 3028 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3058 manat alınaraq «xxxx» MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ kodu**********74206 Samsung Galaxy A30 markalı telefon, 4D X4 Samsumg A30 ekran qoruyucu, İMEİ kodu **********13157 Samsung Galaxy A10 markalı telefon, LG markalı televizor, LG markalı paltaryuyan almış və nəticədə 3028 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmişdir. Cavabdehin ödədiyi məbləğ cəmi 648 manat təşkil edir. Cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli 00626234 saylı müqavilənin surətindən görünür ki, «xxxx» MMC tərəfindən Cavabdeh İMEİ kodu **********74206 Samsung Galaxy A30 markalı telefon, 4D X4 Samsumg A30 ekran qoruyucu satılmışdır. xx.xx.2019-cu il tarixli 00777065 saylı müqavilənin surətindən görünür ki, «xxxx» MMC tərəfindən Cavabdeh İMEİ kodu **********13157 Samsung Galaxy A10 markalı telefon satılmışdır. xx.xx.2019-cu il tarixli 00777029 saylı müqavilənin surətindən görünür ki, «xxxx» MMC tərəfindən Cavabdeh LG LED 43LK6200 model kod 904RAGK1A479 televizor satılmışdır. xx.xx.2019-cu il tarixli 00784211 saylı müqavilənin surətindən görünür ki, xxxx» MMC tərəfindən Cavabdeh LG markalı paltaryuyan satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli 00626234 saylı müqaviləsinə əsasən, İMEİ kodu **********74206 “Samsung Galaxy A30” markalı telefon, “4D X4 Samsumg A30” ekran qoruyucu üçün 368 manat ödənilməmiş hissə, 5.0 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli 00777065 saylı müqaviləyə əsasən, “İMEİ” kodu **********13157 Samsung Galaxy A10 markalı telefon üçün 340 manat ödənilməmiş hissə, 5.0 manat dəbbə, xx.xx.2019-cu il tarixli 00777029 saylı müqaviləyə əsasən, “LG” markalı televizor üçün 880 manat ödənilməmiş hissə, 5.0 manat dəbbə, xx.xx.2019-cu il tarixli 00784211 saylı müqaviləyə əsasən, “LG” markalı paltaryuyan üçün 990 manat ödənilməmiş hissə, 5.0 manat dəbbə, cəmi 2598 (iki min beş yüz doxsan səkkiz) manat və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq «xxxx» MMC-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 00626234 saylı müqaviləsinə əsasən, İMEİ kodu **********74206 “Samsung Galaxy A30” markalı telefon, “4D X4 Samsumg A30” ekran qoruyucu üçün 368 manat ödənilməmiş hissə, 5.0 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli 00777065 saylı müqaviləyə əsasən, “İMEİ” kodu **********13157 Samsung Galaxy A10 markalı telefon üçün 340 manat ödənilməmiş hissə, 5.0 manat dəbbə, xx.xx.2019-cu il tarixli 00777029 saylı müqaviləyə əsasən, “LG” markalı televizor üçün 880 manat ödənilməmiş hissə, 5.0 manat dəbbə, xx.xx.2019cu il tarixli 00784211 saylı müqaviləyə əsasən, “LG” markalı paltaryuyan üçün 990 manat ödənilməmiş hissə, 5.0 manat dəbbə, cəmi 2598 (iki min beş yüz doxsan səkkiz) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq «xxxx» MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-320/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-320/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver