Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-323/2021 22.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-ti Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 3165.44 manat, faiz borcu üzrə 1365.14 manat, cərimə 67.50 manat, cəmi 4598.08 manat və ödənilmiş 30.40 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014cü il tarixdə bağlanmış istehlak kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 3501 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri vaxtında yerinnə yetirməmiş, nəticədə cabadehin banka 4598.08 manat məbləğində borcu yaranmışdır. Bank tərəfdən cavabdehə dəfələrlərlə borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən banka borcun ödənilməsi təmin edilməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2014-cü il tarixli 109.LN.1609.300514.R.00019 saylı istehlak kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfrindən Cavabdeh 3501 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli 384 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli 109.LN.1609.300514.R.00019 saylı istehlak kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə əsas borc üzrə 3165.44 manat, faiz borcu üzrə 1365.14 manat, cərimə 67.50 manat, cəmi 4598.08 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 3165.44 manat, faiz borcu üzrə 1365.14 manat, cərimə 10 manat, cəmi 4540.58 (dörd min beş yüz qırx manat əlli səkkiz qəpik) manat və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 3165.44 manat, faiz borcu üzrə 1365.14 manat, cərimə 10 manat, cəmi 4540.58 (dörd min beş yüz qırx manat əlli səkkiz qəpik) manat və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-323/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-323/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver