Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3252/2021 15.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: ABC Telecom MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək sonuncudan 16.08.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********79905 Samsung Galaxy A11 markalı telefon üçün 342.1 manat ödənilməmiş hissə, 34.9 manat cərimə pulu, 30.10.2020-ci il tarixli müqaviləyə əsasən LG LED markalı televizor üçün 1389.2 manat ödənilməmiş hissə, 138.8 manat cərimə pulu, 30.10.2020-ci il tarixli müqaviləyə əsasən Sonorous Surefix markalı asqı üçün 53.4 manat ödənilməmiş hissə, 5.6 manat cərimə pulu, ümumilikdə 1964 manat borc, 30 manat dövlət rüsumu alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı 16.08.2020ci il, 30.10.2020-ci il və 30.10.2020-ci il müqaviləyə əsasən, İMEİ kodu **********79905 Samsung Galaxy A11 markalı telefon, LG LED markalı televizor və Sonorous Surefix markalı asqı almış və nəticədə 1964 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.08.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 440.1 manat (9 ay x 48.9 manat) olan İMEİ kodu **********79905 Samsung Galaxy A11 markalı telefon üçün ümumilikdə 377 manat olmaqla, ondan 342.1 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34.9 manat cərimə; 30.10.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1449.6 manat (24 ay x 60.4 manat) olan LG LED markalı televizor üçün ümumilikdə 1528 manat olmaqla, ondan 1389.2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 138.8 manat cərimə pulu borc yaranmışdır. 30.10.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 83.1 manat (3 ay x 26.7 manat + 3 manat ilkin ödəniş) olan Sonorous Surefix markalı asqı üçün ümumilikdə 59 manat olmaqla, ondan 53.4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5.6 manat cərimə pulu borc yaranmışdır. Cavabdeh tərəfindən cəmi ödədiyi məbləğ 188.1 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - 16.08.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh İMEİ kodu **********79905 Samsung Galaxy A11 markalı telefonu 440.1 manata almışdır. - 30.10.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh LG LED markalı televizoru 1449.6 manata almışdır. - 30.10.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, Nəsibov X2 Surefix markalı asqını 83.1 manata almışdır. - 10 avqust 2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 16.08.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********79905 Samsung Galaxy A11 markalı telefon üçün 342.1 manat ödənilməmiş hissə, 34.9 manat cərimə pulu, ümumilikdə 377 manat, 30.10.2020-ci il tarixli müqaviləyə əsasən LG LED markalı televizor üçün 1389.2 manat ödənilməmiş hissə, 138.8 manat cərimə pulu, ümumilikdə 1528 manat, 30.10.2020-ci il tarixli müqaviləyə əsasən Sonorous Surefix markalı asqı üçün 53.4 manat ödənilməmiş hissə, 5.6 manat cərimə pulu, ümumilikdə 59 manat hər üç müqavilə üzrə cəmi 1964 manat təşkil edir. - Tərəflər arasında bağlanmış 16.08.2020-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 14.09.2020-ci il tarixdən 14.05.2021-ci il tarixədək 9 ay ərzində hər ay 48.9 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Tərəflər arasında bağlanmış 30.10.2020-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 12.12.2020-ci il tarixdən 12.11.2022-ci il tarixədək 24 ay ərzində hər ay 60.4 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Tərəflər arasında bağlanmış 30.10.2020-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 12.12.2020-ci il tarixdən 12.02.2021-ci il tarixədək 3 ay ərzində hər ay 26.7 manat ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqaviləyə əsasən ABC Telecom MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış 16.08.2020-ci il tarixli, 30.10.2020-ci il tarixli və 30.10.2020-ci il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 16.08.2020-ci il tarixli müqaviləyə əsasən, 342.1 manat ödənilməmiş hissə, 34.9 manat cərimə pulu, 30.10.2020-ci il tarixli müqaviləyə əsasən 1389.2 manat ödənilməmiş hissə, 138.8 manat cərimə pulu, 30.10.2020-ci il tarixli müqaviləyə əsasən 53.4 manat ödənilməmiş hissə, 5.6 manat cərimə pulu, ümumilikdə 1964 (bir min doqquz yüz altmış dörd) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq ABC X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-3252/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3252/2021
15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver