Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3276/2021 29.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış müqavilənin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 5682.72 manat məbləğində əsas borcun, 21.95 manat məbləğində faiz borcunun, cəmi 5704.67 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 29 sentyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh qeydiyyat yeri Gəncə şəhəri inzibati ərazi vahidinə aid deyil. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsi arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanından 02.12.2020-ci il tarixdən qeydiyyatdan çıxmışdır. Şəxsiyyət vəsiqəsi məlumatlarına dair portaldan çıxarışdan görünür ki, Cavabdeh hazırda qeydiyyat yeri Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 265 ünvanında yerləşir və Kəpəz Rayonu inzibati ərazi vahidinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə öz icraatına götürdüyü işi baxılmaq üçün başqa məhkəməyə verir. Məhkəmə hesab edir ki, mülki iş baxılması üçün cavabdehin qeydiyyat yeri üzrə Kəpəz Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 44.2.2 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması» tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Kəpəz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-3276/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3276/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver