Məhkəmə qərarları › İş №2(044)-3291/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3291/2021

21.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3291/2021 21.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Abbasova (Nağıyeva) Nərminə Şəmil qızının iştirakı ilə, İddiaçı cavabdeh X9 qızına qarşı “aliment öhdəliyinə xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abbasova (Nağıyeva) Nərminə Şəmil qızına qarşı “aliment öhdəliyinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 ilə birgə nikahlarından anadan olmuş X4 münasibətdə tutulmalı olan 03 fevral 2020-ci il tarixdən 2021-ci ilin iyul ayına olan dövr ərzində hesablanmış aliment pulunun (borcunun) silinərək alimentin ödənilməsi öhdəliyinə xitam verilməklə alimentin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, cavabdeh X5 ilə 16.10.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahlarından 30.10.2009-cu il tarixdə X7 və 14.12.2014-cü il tarixdə X6 adlı iki uşaqları anadan olmuşdur. Onların birgə yaşamaları mümkün olmadığından Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 20.09.2018-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və hər ay ondan hər uşağa görə 125 manat alimentin tutulması qət edilmişdir. Bundan sonra 30.10.2009-cu il tarixdə anadan olmuş oğlu Pərviz 03.02.2020-ci il tarixdən onun yanına gəlmiş və həmin vaxtdan hal-hazıra kimi onun himayəsindədir. O, 30.10.2009-cu il tarixdə anadan olmuş X3 onun himayəsində olduğundan anasının himayəsindən alınması tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin 10.06.2021-ci il tarixli qətnaməsi ilə 30.10.2009-cu il tarixdə anadan olmuş X3 anasının himayəsindən alınaraq onun himayəsində saxlanılması qət edilmişdir. Hazırda uşaq onun himayəsindədir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Abbasova (Nağıyeva) Nərminə Şəmil qızı məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə birgə nikahlarından 30.10.2009-cu il tarixdə anadan olmuş Pərviz 03 fevral 2020-ci il tarixdən 2021-ci ilin iyul ayınadək İddiaçı himayəsində olmuş və hazırda da iddiaçının himayəsindədir. Məhkəmə tərəfindən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli 2(044)- 147/2021 saylı qətnaməsinin surətindən görünür ki, X8 ilə X1 birgə nikahlarından doğulmuş X3 anası X1 himayəsindən alınaraq, atası İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Abbasova (Nağıyeva) Nərminə Şəmil qızına 30.10.2009-cu il tarixdə anadan olmuş X4 münasibətdə ödəməli olan 03 fevral 2020-ci il tarixdən 10 iyul 2021-ci il tarixə qədər hesablanmış aliment borcunu ödəməkdən azad edilsin. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı cavabdeh Abbasova (Nağıyeva) Nərminə Şəmil qızına 30.10.2009-cu il tarixdə anadan olmuş X4 münasibətdə ödəməli olan 03 fevral 2020-ci il tarixdən 10 iyul 2021-ci il tarixə qədər hesablanmış aliment borcunu ödəməkdən azad edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar