Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3296/2020 24.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxxxxx 2004-cü il təvəllüdlü X2 və xx xxxx 2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə xx xxxxxxxx 2004-cü il tarixdə nikah bağlamışlar. Onların birgə nikahlarından xx xxxxxxx 2004-cü il təvəllüdlü X4 və xx xxxx 2015-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-1411/2019 saylı qətnaməsinə əsasən aralarındakı nikah pozulmuş, uşaqlar onun himayəsində qalmışdır. Cavabdeh uşaqlarına könüllü olaraq maddi yardım etmir, ona görə də o, məcbur olub məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərini nəzərə alaraq Cavabdeh xx xxxxxxx 2004cü il təvəllüdlü X2 və xx xxxx 2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, o, İddiaçı ilə birgə nikahlarından anadan olmuş xx xxxxxxx 2004-cü il təvəllüdlü X2 və xx xxxx 2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: -Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(044)- 1411/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah pozulmuş, xx xxxxxxx 2004-cü il təvəllüdlü X4 və xx xxxx 2015-ci il təvəllüdlü X5 analarının himayəsində saxlanılmışlar. -Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx xxxxxxx 2004-cü il təvəllüdlü X4 və xx xxxx 2015-ci il təvəllüdlü X5 adlı uşaqları vardır. Azərbaycan Respublikası Ailə Məcələsinin: -75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. -78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Beləliklə də, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından olan 2 uşağın normal qidalanması, fiziki cəhətdən inkişafı, təhsilləri ilə bağlı xərcləri, həmçinin Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla xx xxxxxxx 2004-cü il təvəllüdlü X2 və xx xxxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icraya yönəldilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx xxxxxxx 2004-cü il təvəllüdlü X2 və xx xxxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-3296/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3296/2020
24.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver