Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № 2(044)-3308/2020 30.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlu, Kreditor Borclu qarşı «borcun ödənilməsi» tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor məhkəməyə ərizə təqdim edərək Borclu xx xxxxxxxx 2018-ci il tarixli müqavilə üzrə 1254 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1274 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsində və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, xx xxxxxxxx 2018-ci il tarixli, FSK1302 nömrəli müqaviləyə əsasən Borclu kreditordan 1 ədəd dəyəri 2254 manat olan İPHONE X64 GB SİLVER markalı mobil telefon əldə edib. Borclu göstərilən məbləğdən 1000 manat ilkin ödəniş etdikdən sonra qalıq 1254 manat hər ay 209 manat olmaqla 6 ay müddətində ödəməyi öhdəsinə götürüb. Lakin borclu müqavilə üzrə borcunu ödəməkdən imtina edib. Bu barədə borcluya dəfələrlə şifahi xəbardarlıq edilsə də, borclu müqavilə öhdəliyini icra etməyib. İş materiallarında olan xx xxxxxxxx 2018-ci il tarixli, FSK1302 nömrəli kredit müqaviləsindən görünür ki, Borclu Kreditor hissə-hissə ödəniş şərti ilə 2254 manat məbləğində İPHONE X64 GB SİLVER markalı mobil telefon əldə etmiş, onun 1000 manatını ilkin ödəniş etmiş, qalan 1254 manat məbləği 06 ay müddətinə aylıq 209 manat olmaqla Kreditor ödəməyi öz öhdəsinə götürmüşdür. İş materillarında olan xx xxxxxx 2020-ci il tarixli mailiyyə arayışından görünür ki, Borclu xx xxxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən Kreditor 1254 manat borcu var. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.1-cı maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq ƏMR ETDİM: xx xxxxxx 1977-ci ildə Goranboy rayonunda doğulmuş və hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olan Borclu 1254 manat məbləğində əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1274 manat məbləğində pul vəsaiti alınaraq Kreditor xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-3308/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(044)-3308/2020
30.10.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver