Məhkəmə qərarları › İş №2(044)-3310/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(044)-3310/2020

28.10.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № 2(044)-3310/2020 28.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlu, Kreditor: Kreditor MMC-nin, Borclu: Borclu qarşı «kredit» tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsində və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, borclu Borclu ilə Kreditor MMC-ti arasında bağlanmış xx.xx.2018-ci il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən kreditordan 1 ədəd dəyəri 732 manat olan Samsung GALAXY A30 64 WHİTE markalı mobil telefon əldə etmiş və nəticədə kreditora 732 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan kredit müqaviləsinin şərtlərinə əsasən borclu bankdan götürdüyü məbləği müqavilə ilə müəyyən edilən son ödəmə tarixinədək kreditora ödəməlidir. Kredit müqaviləsində göstərilən ödəniş şərtləri kredit alan tərəfindən pozularsa, kreditor gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq edir. Borclu müqavilənin bu şərtlərini pozaraq, qeyd edilən borcunun vaxtında ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditorun tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-cı maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq ƏMR ETDİM: xx.xx.1984-cü il tarixdə Xanlar rayonunda anadan olmuş, hazırda ünvan 1 ünvanda pasport qeydiyyatında olan Borclu xx.xx.2019-cu il tarixli müqavilə üzrə 732 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq Kreditor MMC-nə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar