Məhkəmə qərarları › İş №2(044)-3312/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3312/2020

07.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3312/2020 07.12.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı borc müqaviləsi üzrə mübahisələr tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: ABC Telecom MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək sonuncudan Fen Panasonic, X2 Grey Granit 22 sm Qapaqlı, X2 Grey Granit 26 sm Qapaqlı, üçün 56 manat ödənilməmiş hissə, 6 manat cərimə, cəmi 62 manat, HP komputer üçün 87 manat ödənilməmiş hissə, 9 manat cərimə, cəmi 96 manat, GORENJE ütü üçün 3 manat ödənilməmiş hissə, 0 manat cərimə, cəmi 3 manat, Gorenje toster üçün 14 manat ödənilməmiş hissə, 0 manat cərimə, cəmi 14 manat, ümumilikdə 175 manat borc, 20 manat dövlət rüsumu, cəmi 195 manat cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2019cu il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrinə əsasən Fen Panasonic, X2 Grey Granit 22 sm Qapaqlı, X2 Grey Granit 26 sm Qapaqlı, HP komputer, GORENJE ütü, Gorenje toster almış və nəticədə 175 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 168 manat (12 ay x 14 manat + 0 manat ilkin ödəniş) Fen Panasonic, X2 Grey Granit 22 sm Qapaqlı, X2 Grey Granit 26 sm Qapaqlı üçün 62 manat olmaqla ondan, 56 manat ödənilməmiş hissə, 6 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1080 manat (12 ay x 90 manat + 0 manat ilkin ödəniş) HP komputer üçün 96 manat olmaqla ondan, 87 manat ödənilməmiş hissə, 9 manat cərimə, xx.xx.2018ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 55 manat (11 ay x 5 manat + 0 manat ilkin ödəniş) GORENJE ütü üçün 3 manat olmaqla ondan, 3 manat ödənilməmiş hissə, 0 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 96 manat (12 ay x 8 manat + 0 manat ilkin ödəniş) Gorenje toster üçün 14 manat olmaqla ondan, 14 manat ödənilməmiş hissə, 0 manat cərimə, miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1239 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən Gorenje tosteri 96 manata almışdır. - Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 12 ay ərzində hər ay 8 manat ödənilməsi nəzərdə tutulmuşdur. - xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən GORENJE ütünü 55 manata almışdır. - Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 11 ay ərzində hər ay 5 manat ödənilməsi nəzərdə tutulmuşdur. - xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən HP komputeri 1080 manata almışdır. - Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 12 ay ərzində hər ay 90 manat ödənilməsi nəzərdə tutulmuşdur. - xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən Fen Panasonic, X2 Grey Granit 22 sm Qapaqlı, X2 Grey Granit 26 sm Qapaqlı 168 manata almışdır. - Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 12 ay ərzində hər ay 14 manat ödənilməsi nəzərdə tutulmuşdur. - xx.xx.2020-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 112 manat, ödənilməmiş məbləği 56 manat, cərimə məbləği 6 manat, ümumilikdə ödənilməmiş məbləği 62 manat, xx.xx.2018ci il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 993 manat, ödənilməmiş məbləği 87 manat, cərimə məbləği 9 manat, ümumilikdə ödənilməmiş məbləği 96 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 52 manat, ödənilməmiş məbləği 3 manat, cərimə məbləği 0 manat, ümumilikdə ödənilməmiş məbləği 3 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 82 manat, ödənilməmiş məbləği 14 manat, cərimə məbləği 0 manat, ümumilikdə ödənilməmiş məbləği 14 manat olmaqla cəmi ödənilməmiş məbləği 175 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqavilələrə əsasən ABC Telecom MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 56 manat ödənilməmiş hissə, 6 manat cərimə, cəmi 62 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 87 manat ödənilməmiş hissə, 9 manat cərimə, cəmi 96 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 3 manat ödənilməmiş hissə, cəmi 3 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 14 manat ödənilməmiş hissə, cəmi 14 manat olmaqla ümumilikdə cəmi 175 (yüz yetmiş beş) manat məbləğində borc və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq ABC X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar