Məhkəmə qərarları › İş №2(044)-3314/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3314/2021

14.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3314/2021 14.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi, Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X6 mərhum X7 övladı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, ünvan 1 ünvanda yerləşən ev onun mərhum həyat yoldaşı X8 atası mərhum X9 nənəsi X10 məxsusdur və Tamam Əliyeva 07.11.1984cü il tarixdə, X18 20.09.1961-ci il tarixdədə, anası-X7 qızı X14 23.07.1992-ci il tarixdə, X15 01.07.2020-ci il tarixdə vəfat etmişdir. Şahin Məmmədovun valideynləri, nənəsi Tamam Əliyevadan miras qalmış ünvan 1 ünvanda yerləşən evdə yaşamışlar. Hazırda o, miras mülkü öz adına qeyd etdirmək üçün aidiyyatı orqana müraciət etmiş, lakin X6 doğum haqqında şəhadətnaməsi olmadığından ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina edilmişdir. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçinin nümayəndəsi, Vəkil məhkəmə iclasında ərizəçi ilə eyni məzmunlu izahat verdi. Maraqlı şəxs Gəncə şəhəri 1 saylı notariat kontoru məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, o, Ərizəçi ilə yaxın qonşudur. X22 ərizəçinin həyat yoldaşıdır. Tamam Əliyeva ərizəçinin həyat yoldaşı Şahin Məmədovun atası Eyyubun nənəsidir. X27 Əliyevanın qızıdır. Tamam 1984-cü ildə, Kübrə isə 1992-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, o, Ərizəçi ilə yaxın qonşudur. Mərhum Şahin ərizəçi Ziyafətin həyat yoldaşıdır. Tamam Əliyeva ərizəçinin həyat yoldaşı Şahin Məmədovun atası Eyyubun nənəsidir. X27 Əliyevanın qızıdır. Tamam 1984-cü ildə, Kübrə isə 1992-ci ildə vəfat etmişdir. 16.08.2021-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, X15 ilə X5 nikahları 07 iyul 1985-ci il tarixdə 726 saylı akt qeydi ilə bağlanmışdır. 08.10.2012-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X16 07 noyabr 1984-cü il tarixdə vəfat etmişdir. 17.07.2020-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 01 iyul 2020-ci il tarixdə vəfat etmişdir. Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 19.03.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, 1905-ci ildə Gəncə şəhərində anadan olmuş X11 doğumu haqqında akt qeydi şöbənin arxivində aşkar edilməmişdir. 11.03.1960-cı il tarixdə Kirovabad şəhər VVAQ bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X3 birgə nikahlarından 06 sentyabr 1957-ci il tarixdə X15 anadan olmuşdur. nun Azərbaycan Respublikası X20 filialı tərəfindən verilmiş 13.07.2020-ci il tarixli 636/3 saylı məktubdan görünür ki, Nağıyeva (Məmmədova) Kübrə Qafar qızının 1907-ci il və Əliyeva (Nağıyeva, Əsgərova və Məmmədova) Süqrə Qafar (Qaffar) qızının 1903-cü il üzrə doğum qeydləri barədə X20 Filialında mühafizə olunan Gəncə şəhər Nikah Evi, Stalin rayon vətəndaşlıq vəziyyətinin aktlarının qeydiyyatı şöbəsi arxiv fondunun 1936-1942-ci illər üzrə doğum bərpa qeydlərinin aktları yoxlanılmış, Nağıyeva (Məmmədova) Kübrə Qafar qızı və Əliyeva (Nağıyeva, Əsgərova və ya Məmmədova) Süqrə Qafar (Qaffar) qızının doğum qeydi aşkarlanmamışdır. Azərbaycan Respublikası X20 filialı tərəfindən verilmiş 30.08.2017-ci il tarixli 809/5 saylı məktubdan görünür ki, Gəncə şəhər Nikah evinin 1929-cu il tarixli doğum qeydinin aktı kitabları yoxlanılmış, X13 doğum akt qeydi aşkar olunmamışdır. Eyni zamanda 1907- 1909-cu il tarixli doğum qeydinin aktı kitabları da yoxlanılmış, X11 da doğum qeydi aşkar olunmamışdır. 19.10.1961-ci il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 20 sentyabr 1961-ci il tarixdə vəfat etmişdir. 03.09.2012-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 23 iyul 1992-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 25.08.2012-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ev 1935-ci ildə aparılmış inventarlaşdırma zamanı Tamam Bayram qızının faktiki istifadəsində olan mülk kimi onun adına qeyd edilmişdir. Kirovabad şəhər xalq məhkəməsinin 27.11.1978-ci il tarixli 2-1277 saylı qətnaməsinə əsasən bu mülkün X10 məxsus olması faktı müəyyən edilmişdir. Mülk sahəsi 24.0 kv.m., 25.2 kv.m, 23.3 kv.m, 21.8 kv.m dörd yaşayış otağı, 14.8 kv.m, 15.0 kv.m, 13.2 kv.m, 12.0 kv.m örtülü eyvan, 9.4 kv.m, 2.6 kv.m mətbəxi olan “A” literli yaşayış binasından, 26.4 kv.m “B” literli əl damından ibarət olmaqla ümum i torpaq sahəsi sənəd üzrə 340.0 kv.m, faktiki isə 416.0 kv.m-dir. “A” literli yaşayış binasındakı 13.2 kv.m, 12.0 kv.m örtülü eyvan, 7.4 kv.m, 2.6 kv.m mətbəx və ”B” literli əl damı icazə sənədləri olmadan inşa edilmişdir. Mülkə dair qeydiyyat vəsiqəsi yoxdur. 02.09.2021-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş imtina qərarından görünür ki, Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin və onun nümayəndəsinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, mərhum X14 mərhum X7 övladıdır. Məhkəmə hesab edir ki, 23 iyul 1992-ci il tarixdə vəfat etmiş X6 07 noyabr 1984-cü il tarixdə vəfat etmiş X16 ilə qohumluq münasibətində (övladı) olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23 iyul 1992-ci il tarixdə vəfat etmiş X6 07 noyabr 1984-cü il tarixdə vəfat etmiş X16 ilə qohumluq münasibətində (övladı) olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar