Məhkəmə qərarları › İş №2(044)-3371/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3371/2021

13.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3371/2021 13.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına» dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına» dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsində Gəncə şəhəri, Çernyaxovski küçəsi, ev 15-ə dair 2214 saylı torpaq qeydi, plan, torpaq qeydinə dair qeydiyyat, mülkün sxematik planda olan bütün sənədlərin Masim Hüseyn oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Çernyaxovski küçəsi, ev 15 ünvanı atasının babası Masim Hüseyn oğlunun adınadır və o, onun atası, babası, hamısı bu mülkdə anadan olmuşlar, onlar hamısı ulu babasının Hüseynov soyadını daşıyırlar. Onun ulu babasrı Masim Hüseyn oğlu 18.12.1926-cı il tarixdə, babası X4 01.03.1964-cü il tarixdə, atası X5 isə 21.07.2002-ci il tarixdə həmi evdə vəfat etmişlər. Hazırda ulu babasından miras qalmış mülkdə o, ailəsi ilə birlikdə yaşayır və mülkü o, idarə edir. O, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə vərəsəliklə bağlı müraciət etdikdə məlum olmuş ki, ulu babasının adı torpaq qeydində, mülkün sxematik planında və s sənədlərdə Masim kimi yox, Möysüm kimi yazılmışdır. Babasının digər uşaqlarının hamısında ulu babalarının adı “Masim” kimi qeyd edilmişdire, təkcə ərazi idarəsində sənədlər rus dilində olduğundan və düzgün tərtib edilmədiyindən cürbəcür adlar yazılmışdır. O, bu faktları başqa yolla həll edə bilmədiyindən, gələcəkdə hər hansı bir problem yaşamaması üçün hazırkı ərizə ilə məhkəməyə mürciət etməli olmuşdur. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, 03.11.1981-ci il tarixdə Kirovabad şəhəri Gəncə rayonu VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X1 birgə nikahlarından xx xxxxxxx 1981-ci il tarixdə Ərizəçi anadan olmuşdur. 22.07.2002-ci il tarixdə Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 21 iyul 2002-ci il tarixdə vəfat etmişdir. 03.03.1964-cü il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 01 mart 1964-cü il tarixdə vəfat etmişdir. 26.12.2015-ci il tarixli 942 saylı arayışdan görünür ki, Masim Hüseyn oğlu 18 dekabr 1926-cı il tarixdə vəfat etmişdir. 21.05.1966-cı il tarixdə Şamxor rayon VVAQ bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X3 ilə Hüseynova Suqra M-Cavad qızının birgə nikahlarından 03 avqust 1946-cı il tarixdə X5 anadan olmuşdur. 04.10.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktubda Möysüm Hüseyn oğlunun adına Gəncə şəhəri, məhəllə 83, sahə 1-də fərdi yaşayış evinin yerləşdiyi 902.0 kv.m torpaq sahəsinə dair 08.07.1929-cu il tarixli torpaq qeydi tərtib edilmişdir. Hal-hazırda ünvanı Şərəfxanlı küçəsi 15/13 olan bu fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş materiallarında olan 08.07.1929-cu il tarixli torpaq qeydi barədə qeydiyyatın və ona əlavə olunmuş sxem palnın surətindən görünür ki, Gəncə şəhəri, məhəllə 83, sahə 1ünvanda olan 902.0 kv.m torpaq sahəsi 8.07.29-cu il tarixdə Mösum Hüseyn oğlunun adına qeyd edilmişdir. İş materiallarında olan 2214 saylı torpaq qeydinin surətindən görünür ki, ünvan 2 ünvanda Mösum Hüseyn oğlunun adına 902.00 kvm torpaq ayrılmışdır. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin ulu babasının adı soyadı “Masim Hüseyn oğlu” olmasına baxmayaraq, Gəncə şəhəri, Çernyaxovski küçəsi, ev 15 ünvana dair 2214 saylı torpaq qeydində, planda, torpaq qeydinə dair qeydiyyatda, mülkün sxematik planında ərizəçinin ulu babasının adı “Möysüm” kimi yazılmışdır. Məhkəmə hesab edir ki, ünvan 3 ünvana dair 2214 saylı torpaq qeydinə dair qeydiyyatin, planın, mülkün sxematik planının Masim Hüseyn oğluna məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 3 ünvana dair 2214 saylı torpaq qeydinə dair qeydiyyatin, planın, mülkün sxematik planının Masim Hüseyn oğluna məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar