Məhkəmə qərarları › İş №2(044)-3442/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3442/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3442/2021 07.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin Hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı , 8 saylı Ərazi Maliyyə Hesablaşma mərkəzinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh 8 saylı Ərazi Maliyyə Hesablaşma mərkəzinə qarşı «xəstəliklə əlaqədar müavinət» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək Gəncə şəhəri, 8 saylı Ərazi Maliyyə Hesablaşma mərkəzindən həyat yoldaşı X1 715729 və 717929 nömrəli xəstəlik vərəqələri ilə təsdiq edilən 1 ay 26 günlük müavinətin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 07.10.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 8 saylı Ərazi Maliyyə Hesablaşma mərkəzinin nümayəndəsi X3 ərizənin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh 8 saylı Ərazi Maliyyə Hesablaşma mərkəzinə qarşı «xəstəliklə əlaqədar müavinət» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar