Məhkəmə qərarları › İş №2(044)-3450/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3450/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3450/2021 29.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23.05.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********23751 “X4” markalı telefon üçün 955.8 manat ödənilməmiş hissə, 285.2 manat cərimə, 31.05.2020-ci il tarixli müqaviləyə əsasən “PlayStation4 1TB” markalı oyun konsulu, “PlayStation” pult üçün 1095.2 manat ödənilməmiş hissə, 249.8 manat cərimə, cəmi 2586 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 23.05.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********23751 “X4” markalı telefon və 31.05.2020-ci il tarixli müqaviləyə əsasən “PlayStation4 1TB” markalı oyun konsulu, “PlayStation” pult almış və nəticədə 2586 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmişdir. Cavabdeh bu günədək heç bir ödəniş etməmiş və borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 31.05.2020-ci il tarixli 20320057 saylı müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh “PlayStation4 1TB” markalı oyun konsulu, “PlayStation” pult satılmışdır. 23.05.2020-ci il tarixli 20300472 saylı müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh İMEİ kodu **********23751 “X4” markalı telefon satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 23.05.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********23751 “X4” markalı telefon üçün 955.8 manat ödənilməmiş hissə, 5 manat cərimə, 31.05.2020-ci il tarixli müqaviləyə əsasən “PlayStation4 1TB” markalı oyun konsulu, “PlayStation” pult üçün 1095.2 manat ödənilməmiş hissə, 5 manat cərimə, cəmi 2061 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 23.05.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********23751 “X4” markalı telefon üçün 955.8 manat ödənilməmiş hissə, 5 manat cərimə, 31.05.2020-ci il tarixli müqaviləyə əsasən “PlayStation4 1TB” markalı oyun konsulu və “PlayStation” pult üçün 1095.2 manat ödənilməmiş hissə, 5 manat cərimə, cəmi 2061 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar