Məhkəmə qərarları › İş №2(044)-3518/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3518/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3518/2021 14.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlu İddiaçı Cavabdeh qarşı “borc pul və dəymiş ziyan” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən borc kimi verdiyi 319.533 manat 86 qəpik, əmlaka vurulmuş zərərin bərpası üçün xərclənmiş 45347 manat, cəmi 364880 manat 86 manat qəpik məbləğində pulun və 01.05.2016-cı il tarixdən məhkəmə qərarının icraya yönəldiləcəyi vaxta kimi olan müddət üçün “Access Bank” və ya Azərbaycan Respublikasının digər bankının kredit dərəcələrinə əsasən 364880 manat 86 qəpikdən hesablanmış əlavə pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2561/67 məhəllə, mənzil 117-də pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçı isə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət etməli olduğu halda Gəncə şəhəri Nizami rayon məhkəməsinə müraciət etməkdə haqlı olmamışdır. Həmin Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən isə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan ünvan 1 Gəncə şəhəri Nizami rayonu ərazisinə aid olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara Aldım: İddiaçı Cavabdeh qarşı “mülkiyyətin qanunsuz sahiblikdən geri tələb edilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar