Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3548/2020 04.12.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsini hüquqi əhəmiyyətli olan faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ M: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qaynı X3 xx xxxxxx 1955-ci il tarixdə ölməsi, oğlu X1 xx xxxx 1986-cı il tarixdə ölməsi, onların ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə, qaynı X4 və oğlu X2 ölüm haqqında şahadətnamənin verilməsini Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə Azərbaycan Respublikası MPMnin 152.1.7-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır. Çünki Ərizəçi ərizəsində bir-biri ilə əlaqəli olmayan bir neçə tələbi birləşdirmişdir. Belə ki, ərizəçi hər bir hüquqi faktla bağlı ayrıca ərizə ilə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən iddia ərizəsində bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsini hüquqi əhəmiyyətli olan faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Ərizəçi izah edilsin ki, ərizəsində qeyd etdiyi tələblərini müstəqil iddialarla irəli sürməklə ümumi qaydada təkrarən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-3548/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3548/2020
04.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver