Məhkəmə qərarları › İş №2(044)-3687/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3687/2021

06.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3687/2021 06.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından 23.09.2010-cu il tarixdə anadan olmuş X1 üçün yetkinlik yaşına çatanadək hər ay 200 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, Cavabdeh ilə faktiki olaraq ailə qurmuş və onların birgə nikahlarından 23.09.2010-cu il tarixdə anadan olmuş X3 adlı bir uşaqları var. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15.02. 2016-cı il tarixli, 2(044)-496/2016 saylı qətnaməsinə əsasən cavabehdən uşağın saxlanması üçün hər ay 100 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Lakin hazırda uşağın yaş həddi o, cümlədən bazarda qiymət dəyişiklikləri onun maddi tələbatının layiqincə təmin edilməsi üçün cavabdehin ödədiyi alimentdən çox aşağıdır. Cavabdeh özü işləyir və onun uşağının saxlanması üçün aliment ödəməsi üçün kifayət qədər maddi imkanı vardır. Məhkəmədən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15.02. 2016-cı il tarixli 2(044)-496/2016 saylı qətnaməsinə əsasən tutulan alimentin artırılaraq, hər ay 200 manat sabit pul məbləğində ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, onun iddiaçı ilə faktiki nikahlarından 23.09.2010-cu il tarixdə anadan olmuş X3 adlı bir uşaqları var. O, məhkəmə qətnaməsinə əsasən hər ay 100 manat məbləğində aliment ödəyir. Lakin hazırda onun iddia ərizəsində qeyd olunan məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. O, hər ay 150 manat miqdarında aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15.02.2016-cı il tarixli, 2(044)- 496/2016 saylı qətnaməsinin surətindən görünür ki, 23.09.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yşına çatanadək saxlanması üçün 15 yanvar 2016-cı il tarixdən başlayaraq, Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, 100 manat miqdarda aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. 12.10.2010-cu il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 23.09.2010-cu il tarixdə X3 anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15.02.2016-cı il tarixli, 2(044)-496/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 23.09.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 15.02.2016-cı il tarixli, 2(044)-496/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 23.09.2010cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumu 30 manat Cavabdeh tutularaq, dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə 06.12.2021-ci il tarixli 2(044)-3687/2021 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar