Məhkəmə qərarları › İş №2(044)-3689/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3689/2021

08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3689/2021 08.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlu İddiaçı icra hərəkətlərinin qanunsuz hesab edilməsi və ipoteka müqaviləsinə xitam verilməsinə dair ərizəni nəzərdən keçirərək, müəyyən etdi: Ərizə nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, ərizəçi ərizəsinə Gəncə şəhəri Nizami rayon məhkəməsinə ərizə vermək üçün 10 manat məbləğində rüsumun ödənilməsini təsdiq edən sənəd əlavə etsə də, həmin sənədin surəti əlavə edilməklə yanaşı, rüsum qanunla müəyyən edilmiş qaydada ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş işlərin görülməsi, xidmətlərin göstərilməsi və hüquqların əldə edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslər dövlət rüsumunun ödəyiciləridirlər. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Mülki Prosessual Məcəllənin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənə ərizəyə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilən Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Odur ki, hesab edirəm ki, ərizə geri qaytarılmalı, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçiyə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 361-364-cü maddələrini rəhbər tutaraq, Qərara aldı: Ərizə geri qaytarılsın. Göstərilmiş hallar aradan qaldırıldıqdan sonra ərizəçiyə yenidən məhkəməyə ümumi qaydada ərizə vermək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar