Məhkəmə qərarları › İş №2(044)-3760/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3760/2021

22.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3760/2021 22.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçı cavabdeh Gəncə şəhər Mənzil Kommunal İdarəsinə, Gəncə şəhəri İcra Hakimiyyətinə, maraqlı şəxs Gəncə Ekologiya İdarəsinə qarşı “ərazinin məişət tullantı qabları ilə təmin edilməsi” tələbinə dair ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Gəncə şəhər Mənzil Kommunal İdarəsinə, Gəncə şəhəri İcra Hakimiyyətinə, maraqlı şəxs Gəncə Ekologiya İdarəsinə qarşı “ərazinin məişət tullantı qabları ilə təmin edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanının zibil qabları ilə təmin edilməsinə və ərazini çirkləndirən vətəndaşların məlum edilərək qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərək müəyyən edildi ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, yəni iddianın predmetinin hazırki vəziyyətdə maddi hüquqi əsası olmaması səbəbindən iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2. və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-2.2.2-ci maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçıya izah olunmalıdır ki, iddia ərizəsində göstərilən tələblə aidiyyəti üzrə müvafiq orqana müraciət etməli, həmin orqan tərəfindən müraciəti təmin edilmədiyi, yaxud digər hərəkət və ya hərəkətsizliyindən müvafiq İnzibati Məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə, yəni iddia ərizəsinə mülki məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Gəncə şəhər Mənzil Kommunal İdarəsinə, Gəncə şəhəri İcra Hakimiyyətinə, maraqlı şəxs Gəncə Ekologiya İdarəsinə qarşı “ərazinin məişət tullantı qabları ilə təmin edilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə, yəni iddia ərizəsinə mülki icraat qaydasında məhkəmədə baxılmalı olmadığına görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, iddia ərizəsində göstərilən tələblə aidiyyəti üzrə müvafiq orqana müraciət etməli, həmin orqan tərəfindən müraciəti təmin edilmədiyi, yaxud digər hərəkət və ya hərəkətsizliyindən müvafiq İnzibati Məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar