Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3776/2021 13.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı “ölməsi faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X7 28.08.1976-cı il tarixdə Daşkəsən rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, onun X4 ilə anası X3 birgə nikahlarından o xx.xx.1964-cü il tarixdə, 18.06.1962-ci il tarixdə X14, 11.12.1966-cı il tarixdə X15, 13.01.1960-cı il tarixdə X8 və 10.12.1969-cu il tarixdə X16 adlı beş övladları olmuşdur. X4 26.04.1993-cü il tarixdə, anası Kərimova Minayə Məcid qızı 26.11.2002-ci il tarixdə, qardaşı X15 03.04.2020-ci il tarixdə və qardaşı X16 28.08.1976-cı ildə 07 (yeddi) yaşında Daşkəsən rayonunda vəfat etmişdir. Lakin onlar səhlənkarlıq edərək, 28.08.1976-cı ildə vəfat etmiş qardaşı X7 ölümü haqqında şəhadətnamə almamışlar. Hal-hazırda anaları X2 miras qalmış torpaq sahəsini vərəsə olaraq öz adlarına keçirtmək üçün tələb olunana sənədlərin bir qismini təqdim etmişlər, lakin28.08.1976-cı il tarixdə vəfat etmiş qardaşı X7 ölüm haqqında şəhadətnaməsini əldə edə bilmədikləri üçün təqdim edə bilməmişlər. O, bu barədə Gəncə “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin müraciətinə imtina cavabı verilərək, bu barədə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Məhkəmədən ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Maraqlı şəxs Gəncə “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin baş məsləhətçisi Aygün İbrahimova tərəfindən məhkəməyə ünvanlanmış məktubda, iş yükünün ağır olması ilə bağlı işə onların iştirakları olmadan baxılmasını və qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, ərizəçi onun bacısıdır. Onun valideynləri - X4 ilə anası X3 birgə nikahlarından o, 13.01.1960-cı il tarixdə, xx.xx.1964-cü il tarixdə Mehparə, 18.06.1962-ci il tarixdə Ayaz, 11.12.1966-cı il tarixdə Arzu, 10.12.1969-cu il tarixdə Akif İspi adlı beş uşaqları olmuşdur. Onun X4 26.04.1993-cü il tarixdə, anası Kərimova Minayə Məcid qızı 26.11.2002-ci il tarixdə, qardaşı X15 03.04.2020-ci il tarixdə və qardaşı X16 28.08.1976-cı ildə vəfat etmişdir. Onun qardaşı Akif 7 yaşında Daşkəsən rayonunda vəfat etmiş, lakin Akifin ölümü haqqında şəhadətnamə alınmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Mahirə İspi qızı ilə eyni məzmunlu ifadə verdi. 25.09.1964-cü il tarixdə Daşkəsən şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X3 birgə nikahlarından xx.xx.1964-cü il tarixdə Ərizəçi anadan olmuşdur. 2611.2002-ci il tarixdə Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 25 noyabr 2002-ci il tarixdə vəfat etmişdir. 26.04.1993-cü il tarixdə Gəncə şəhəri Nizami rayon VVAQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 24 aprel 1993-cü il tarixdə vəfat etmişdir. 11.06.2021-ci il tarixdə Gəncə “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında məlumat vərəqindən görünür ki, X11 ilə X3 birgə nikahlarından 10 dekabr 1969-cu il tarixdə X16 anadan olmuşdur. 30.09.2021-ci il tarixdə Gəncə şəhəri 1 saylı Notariat Ofisi tərəfindən verilmiş imtina qərarından görünür ki, Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Zinzahal inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01.10.2021-ci il tarixli 97 saylı arayışdan görünür ki, həqiqətən Ərizəçi mərhum qardaşı X9 məzarı baş daşında qeyd olunana məlumatlara əsaslanaraq məlum olur ki, Zinhazal kənd qəbirstanlığında yerləşir. 06.10.2021-ci il tarixdə Daşkəsən rayon Mərkəzi xəstəxanası tərəfindən verilmiş 2834 saylı imtina qərarından görünür ki, Ərizəçi mərhum qardaşı X7 ölümündən 46 il keçmişdir, bu səbəbdən onlarda heç bir məlumat olmadığı üçün imtina qərarı verilmişdir. 11.06.2021-ci il tarixdə Gəncə “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-1762 saylı məktubda, X9 ölümü haqqında akt qeydinin 1973-1979-cu illlər Daşkəsən rayonu Qeydiyyat şöbəsin in və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində aşkar edilməmişdir. 06.05.2021-ci il tarixdı Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-988/15 saylı arayışdan görünür ki, 12.02.1935-ci il tarixdə Ermənistan Yeni Zod kəndində anadan olmuş və 25.11.2002-ci il tarixdə vəfat etmiş X5 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 06.05.2021-ci il tarixədək yoxlama aparılmış və ər X13 1928-ci il təv (vəfat etmiş), uşaq X6 xx.xx.1964-cü il təv, uşaq X14 18.06.1962-ci il təv, uşaq X17 11.12.1966-cı il təv-(vəfat etmiş), uşaq X8 13.01.1960-cı il təv, uşaq X18 10.12.1969-cu il təvəllüdlüdür. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadələri ilə təsdiq olundu ki, ərizəçinin qardaşı 10.12.1969-cu il tarixdə anadan olmuş X16 28.08.1976-cı il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, 10.12.1969-cu il tarixdə anadan olmuş X16 28.08.1976-cı il tarixdə Daşkəsən rayonunda vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10.12.1969-cu il tarixdə anadan olmuş X7 28.08.1976-cı il tarixdə Daşkəsən rayonunda vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-3776/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3776/2021
13.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver