Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3791/2021 25.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçılar X16, X20, X12, X5, X2, X9, X7, X1, X3, X21, X4, X17, X22 cavabdehlər Göygöl rayon Notariat Kontoruna, Cavabdeh, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakən Dövlət Reyestri Xidmətininin Gəncə Ərazi İdarəsinə və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakən Kadastrı və Ünvan Reyestri Xidmətininin Gəncə Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna dair reyestrdən çıxarışların və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işin materallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X28, X31, X23, X13, X8, X18, X14, X6, X10, X32, X11, X29, X33 cavabdehlər Göygöl rayon Notariat Kontoruna, Cavabdeh, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakən Dövlət Reyestri Xidmətininin Gəncə Ərazi İdarəsinə və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakən Kadastrı və Ünvan Reyestri Xidmətininin Gəncə Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna dair reyestrdən çıxarışların və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət etnişlər. Göygöl Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(066)-394/2021 saylı qərardadı ilə iddiaçılar X16, X20, X12, X5, X2, X9, X7, X1, X3, X21, X4, X17, X22 cavabdehlər Göygöl rayon Notariat Kontoruna, Cavabdeh, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakən Dövlət Reyestri Xidmətininin Gəncə Ərazi İdarəsinə və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakən Kadastrı və Ünvan Reyestri Xidmətininin Gəncə Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna dair reyestrdən çıxarışların və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh oğlu Gəncə şəhəri Nizami rayonu, Bağbanlar küçəsində qeydiyyatdadır. Qeyd olunanlara əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər baxılması üçün aidiyyəti üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Qeyd olunmalıdır ki, 2(066)-394/2021 saylı mülki iş 14 yanvar 2019-cu il tarıxdə Göygöl Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, müəyyən prosessual hərəkətlər edilmiş, 2 il 8 ay 14 gün sonra mülki iş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, Göygöl Rayon Məhkəməsi tərəfindən işin aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdiyi 28 sentyabr 2021-ci il tarixli 2(066)-394/2021 saylı qərardadla bağlı mülki işin ərazi aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, göstərilənlərə əsasən mülki iş üzrə məhkəmələr arasında yaranmış fikir ayrılığını aradan qaldırılması ilə bağlı hazırkı mülki iş Gəncə Apellyasiya Məhkəməsinə göndərlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 36, 40, 44, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar X16, X20, X12, X5, X2, X9, X7, X1, X3, X21, X4, X17, X22 cavabdehlər Göygöl rayon Notariat Kontoruna, Cavabdeh, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakən Dövlət Reyestri Xidmətininin Gəncə Ərazi İdarəsinə və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakən Kadastrı və Ünvan Reyestri Xidmətininin Gəncə Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna dair reyestrdən çıxarışların və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş məhkəmələr arasında yaranmış fikir ayrılığının aradan qaldırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-3791/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3791/2021
25.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver