Məhkəmə qərarları › İş №2(044)-3843/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3843/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3843/2021 30.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhər Nizami Rayon Məhkəməsinin hakimi Rasim Kazımov Sarı oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhər Nizami Rayon məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "borcun tutulması"na dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" MMC-nin xeyrinə 06.11.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı kondisioner üçün 765 (yeddi yüz altmış beş) manat ödənilməmiş hissə, 76 (yetmiş altı) manat cərimə pulu, 07.05.2019-cu il tarixli müqaviləsinə əsasən Canon EOS markalı fotoaparat, samsung Microsdxc.EVO Plus markalı yaddaş kart üçün 521 (beş yüz iyirmi bir) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat cərimə pulu, 22.07.2019-cu il tarixli müqaviləsinə əsasən 2 ədəd LG markalı Paltaryuyan üçü 1464 (min dörd yüz altmış dörd) manat ödənilməmiş hissə, 146 (yüz qırx altı) manat cərimə pulu, 28.09.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********35682 X1 7 markalı telefon üçün 157 (yüz əlli yeddi) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə pulu, 01.10.2019-cu il tarixli müqaviləsinə əsasən WD External markalı hard disk üçün 160 (yüz altmış) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə pulu, 26.11.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********68441 X1 8 markalı telefon və WD External markalı hard disk üçün 629 (altı yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 62 (altmış iki) manat cərimə pulu, ümumilikdə 4063 (dörd min altmış üç) manat borc və 60.63 (altmış) manat 63 (altmış üç) qəpik məbləğində dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh "xxxx" MMC ilə bağladığı 06.11.2019-cu il, 07.05.2019-cu il, 22.07.2019-cu il, 28.09.2019-cu il, 01.10.2019-cu il və 26.11.2019-cu il tarixli müqavilələrinə əsasən Samsung markalı kondisioner, Canon EOS markalı fotoaparat, samsung Microsdxc.EVO Plus markalı yaddaş kart, 2 ədəd LG markalı Paltaryuyan, İMEİ kodu **********35682 X1 7 markalı telefon, WD External markalı hard disk və İMEİ kodu **********68441 X1 8 markalı telefon və WD External markalı hard disk almış, nəticədə ümumilikdə 4063 (dörd min altmış üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2136 (iki min yüz otuz altı) manat (12 ay x 178 manat + 0 manat ilkin ödəniş) Samsung markalı kondisioner üçün ümumilikdə 841 (səkkiz yüz qırx bir) manat olmaqla ondan 765 (yeddi yüz altmış beş) manat ödənilməmiş hissə, 76 (yetmiş altı) manat cərimə pulu borcu, alqı-satqı qiyməti 1392 (min üç yüz doxsan iki) manat (12 ay x 116 manat + 0 manat ilkin ödəniş) olan Canon EOS markalı fotoaparat, samsung Microsdxc.EVO Plus markalı yaddaş kart üçün ümumilikdə 521 (beş yüz iyirmi bir) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat cərimə pulu, alqı-satqı qiyməti 2961 (iki min doqquz yüz altmış bir) manat (11 ay x 269 manat + 2 manat ilkin ödəniş) olan 2 ədəd LG markalı Paltaryuyan üçün ümumilikdə 1610 (min altı yüz on) manat olmaqla ondan 1464 (min dörd yüz altmış dörd) manat ödənilməmiş hissə, 146 (yüz qırx altı) manat cərimə pulu, alqı-satqı qiyməti 648 (altı yüz qırx səkkiz) manat (12 ay x 54 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********35682 X1 7 markalı telefon üçün ümumilikdə 172 (yüz yetmiş iki) manat olmaqla ondan 157 (yüz əlli yeddi) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə pulu alqı-satqı qiyməti 240 (iki yüz qırx) manat (yəni 12 ay x 20 manat + 0 manat ilkin ödəniş) WD External markalı hard disk üçün ümumilikdə 176 (yüz yetmiş altı) manat olmaqla ondan 160 (yüz altmış) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə pulu, alqı-satqı qiyməti 911 (doqquz yüz on bir) manat (12 ay x 75 manat + 11 manat ilkin ödəniş) İMEİ kodu **********68441 X1 8 markalı telefon və WD External markalı hard disk üçün ümumilikdə 691 (altı yüz doxsan bir) manat olmaqla ondan 629 (altı yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 62 (altmış iki) manat cərimə pulu yaranmışdır. Müqavilənin ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Ona görə ki, qeyd olunan sənədlərdən də göründüyü kimi, cavabdeh tərəfindən 06.11.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı kondisioner, 07.05.2019-cu il tarixli müqaviləsinə əsasən Canon EOS markalı fotoaparat, samsung Microsdxc.EVO Plus markalı yaddaş kart, 22.07.2019cu il tarixli müqaviləsinə əsasən 2 ədəd LG markalı Paltaryuyan, 28.09.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********35682 X1 7 markalı telefon, 01.10.2019-cu il tarixli müqaviləsinə əsasən WD External markalı hard disk, 26.11.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********68441 X1 8 markalı telefon və WD External markalı hard disk alınmış və nəticədə ümumilikdə 4063 (dörd min altmış üç) manat borc yaranmış, həmçinin "xxxx" MMC məhkəməyə müraciət edərkən 60.63 (altmış) manat 63 (altmış üç) qəpik məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Bu Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, Cavabdeh 01031944 nömrəli, 00648542 nömrəli, 00797861 nömrəli, 00944463 nömrəli, 00951759 nömrəli və 01077127 nömrəli müqavilə üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia tələbi təmin edilməli və Cavabdeh Samsung markalı kondisioner üçün 765 (yeddi yüz altmış beş) manat ödənilməmiş hissə, 76 (yetmiş altı) manat cərimə pulu, Canon EOS markalı fotoaparat, samsung Microsdxc.EVO Plus markalı yaddaş kart üçün 521 (beş yüz iyirmi bir) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat cərimə pulu, 2 ədəd LG markalı Paltaryuyan üçü 1464 (min dörd yüz altmış dörd) manat ödənilməmiş hissə, 146 (yüz qırx altı) manat cərimə pulu, İMEİ kodu **********35682 X1 7 markalı telefon üçün 157 (yüz əlli yeddi) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə pulu, WD External markalı hard disk üçün 160 (yüz altmış) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə pulu, İMEİ kodu **********68441 X1 8 markalı telefon və WD External markalı hard disk üçün 629 (altı yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 62 (altmış iki) manat cərimə pulu, ümumilikdə ümumilikdə 4063 (dörd min altmış üç) manat borc və 60.63 (altmış) manat 63 (altmış üç) qəpik məbləğində dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360, 284-5-284-6-cı maddələrinə əsasən, qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə Samsung markalı kondisioner üçün 765 (yeddi yüz altmış beş) manat ödənilməmiş hissə, 76 (yetmiş altı) manat cərimə pulu, Canon EOS markalı fotoaparat, samsung Microsdxc.EVO Plus markalı yaddaş kart üçün 521 (beş yüz iyirmi bir) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat cərimə pulu, 2 ədəd LG markalı Paltaryuyan üçü 1464 (min dörd yüz altmış dörd) manat ödənilməmiş hissə, 146 (yüz qırx altı) manat cərimə pulu, İMEİ kodu **********35682 X1 7 markalı telefon üçün 157 (yüz əlli yeddi) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə pulu, WD External markalı hard disk üçün 160 (yüz altmış) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə pulu, İMEİ kodu **********68441 X1 8 markalı telefon və WD External markalı hard disk üçün 629 (altı yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 62 (altmış iki) manat cərimə pulu, ümumilikdə ümumilikdə 4063 (dörd min altmış üç) manat borc və 60.63 (altmış) manat 63 (altmış üç) qəpik məbləğində dövlət rüsumu tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar