Məhkəmə qərarları › İş №2(044)-3952/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3952/2021

12.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3952/2021 12.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan 23 sentyabr 2007-ci il tarixdə qızımız X1 üçün yetkinlik yaşına çatana qədər hər ay 175 (yüz yetmiş beş) manat məbləğində alimenti Cavabdeh tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərək müəyyən edildi ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməlidir. 01 noyabr 2021-ci il tarixli “Barışıq sazişi”-ndən görünür ki, İddiaçı ilə Cavabdeh 01 noyabr 2021-ci il tarixdən etibarən, birgə nikahdan olan övladları X2 xərclərinin ödənilməsi üçün hər ay 175 manat aliment ödəməyə razılaşmışlar. Belə ki, “Mediyasiya Haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. “Mediyasiya Haqqında” Azərbaycan Respublikası Qanunun 9.3.1-ci maddəsinə əsasən 9.3.1. barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifələridir. “Mediyasiya Haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Mediyasiya Haqqında” Azərbaycan Respublikası Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. İddiaçıya izah olunmalıdır ki, barışıq sazişi ilə bağlı ilk növbədə cavadehə müraciət etməli, barışıq sazişinin könüllü icrasından imtina olunduğu halda barışıq sazişinin məcburi icrası üçün iddiaçı məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə, yəni iddiaya mülki icraat qaydasında məhkəmədə baxılmalı olmadığına görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, barışıq sazişi ilə bağlı ilk növbədə cavadehə müraciət etməli, barışıq sazişinin könüllü icrasından imtina olunduğu halda barışıq sazişinin məcburi icrası üçün iddiaçı məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar