Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-4062/2021 29.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhər Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu İddiaçı X2 cavabdehlər “X5 Azərbaycan”QSC, Cavabdeh və DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə qarşı əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı X3 cavabdehlər “X5 Azərbaycan”QSC, Cavabdeh və DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə ünvan 1 ünvanında, 0,0575 ha torpaq sahəsində yerləşən 1 mərtəbədə ümumi sahəsi 74 kv. m, yaşayış sahəsi 46 kv.m, yardımçı sahə 28 kv. m, otaqların sayı 2 və 1 mərtəbədə ümumi sahəsi 78,8 kv.m, yaşayış sahəsi 53,3 kv.m, yardımçı sahə 25,8 kv.m, otaqların sayı 2 olan fərdi yaşayış evinin yenidən qiymətləndirilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin məhkəmədən icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş Cavabdeh bildirişinin məzmunundan müəyyən edilir ki, Gəncə Apellyasiya Məhkəməsinin (2)104-1324 nömrəli, 22.11.2017-ci il tarixli icra sənədinə əsasən borclu X1 cəmi 15133,67 ABŞ dolları pulun qətnamə icra edilən manat məzənnəsi ilə, 62,75 manat xərc və 50 manat ekspertiza xərcinin alınaraq “X5 Azərbaycan”QSC-yə ödənilməsi, ödəmənin ipoteka müqaviləsi üzrə X2 mülkiyyətində olan Gəncə şəhəri Vaqif küçəsində yerləşən 83 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin hərracda satılması və ev satıldıqdan sonra ən geci bir ay müddətində evin boşaldılması qərara alınmışdır. Eyni zamanda həmin bildirişdən görünür ki, ipoteka premdeti olmuş fərdi yaşayış evi 38250 manata “X5 Azərbaycan”QSC tərəfindən əldə edilmişdir. Hazırki iş üzrə iddiaçı yuxarıda qeyd edilən qətnamə ilə müəyyən edilmiş evin qiymətinin yenidən müəyyən edilməsini xahiş edir. Hazırki iddia ərizəsindən də müəyyən olunur ki, iddiaçı əvvəllər məhkəmədə mahiyyəti üzrə baxılmış və qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə həll edilmiş tələbə dair yenidən məhkəmədə iddia qaldırmışdır. Belə olan halda hesab edirəm ki, ərizə icraata qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd edilən Məcəllənin 153.4-153.6-cı maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı X2 cavabdehlər “X5 Azərbaycan”QSC, Cavabdeh və DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə qarşı əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə edilmiş iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-4062/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-4062/2021
29.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver