Məhkəmə qərarları › İş №2(044)-409/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-409/2021

14.07.2021 · Müqavilələrin ləğv edilməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-409/2021 14.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhəri 1 saylı Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsinə, Cavabdeh7, 3-cü şəxslər X1, Cavabdeh5 və Cavabdeh6 qarşı əşya və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh7 1 ədəd karopkada 2 kameralı işlənməmiş soyuducu - 2000 manat, 1 ədəd işlənmiş soyuducu - 1000 manat, 1 ədəd avtomat paltaryuyan - 600 manat,1 ədəd qaz peçi – 200 manat, 1 ədəd duxovka – 150 manat, 1 ədəd sac – 50 manat, 1 ədəd ət çəkən maşın – 50 manat, 1 ədəd ütü - 100 manat, mətbəxt stolu – 50 manat, servant – 600 manat, divan – kreslo üstü ilə birlikdə - 450 manat, 1 ədəd stol və 6 ədəd stul – 200 manat, televizor altı – 100 manat, televizor – 300 manat, dividi – 50 manat, vidio – 50 manat, Krosno - 100 manat, kasetlər 10 ədəd yaxın, 2 ədəd iki nəfərlik yataq dəsti 200 manat, dolab – 200 manat, 1 ədəd tək çarpayı 50 manat, 3 ədəd ikisi təzə buxovu odeyal – 230 manat, döşəklər 4 ədəd tək - 1 ədəd cüt – 600 manat, pakrıval dəsti (süd rəngi) – 80 manat, dəst pakrıval (fialetov rəng) - 80 manat, pənsərələrdə pərdə - 90 manat, 3 ədəd pastel – 150 manat, işlənmiş pastellər - 100 manat, təzə iki nəfərlik pastellər - 150 manat, 6 ədəd təzə, 5 ədəd işlənmiş stol örtükləri 150 manat, 2 ədəd stol - 50 manat, termo – 30 manat, çarpayının altında olan işlənmiş qablar - 200 manat, işlək qablar (mətbəxtdə) – 300 manat, qaz balonu – 25 manat, 5 ədəd su qabları – 20 manat, 2 ədəd təzə gəlinə məxsus Gəvə - 300 manat, 1 ədəd darojka – 200 manat, gəlinə məxsus servis – 200 manat, servantda olan qablar gəlinə məxsus bagema və xrustallar – 600 manat, 2 ədəd divan üstü dəsti - 50 manat, içində pul olan kassa – 20 manat, fen – 50 manat, su matoru – 50 manat, şlank - 30 manat, ələk, yayqı, oxlov – 15 manat, istilik peçi əldə düzəltmə - 50 manat, divar güzgüsü – 15 manat, divar saatı – 15 manat, şişlər – 20 manat, qış ərzaqları – 150 manat, bankalar (dolu və boş) – 100 manat, kilimlər 2 ədəd – 30 manat, çərçivə (süvenir) şəkil üçün – 10 manat, Qoz ağacından süvenir – 15 manat, gəmi süveniri 3 ədəd mücrü və digərləri – 60 manat, 3 ədəd şubalar ikisi gödəkçə- biri uzun - 400 manat, hicablar 5 ədəd təzə -150 manat, jurnal stolu 30 manat, ev telefon aparatı – 10 manat, 30 manat dəyərində ləyənlər, çörək qabı - 10 manat, aş süzənlər 2 ədəd -10 manat, 3 ədəd tava – 50 manat, vanna – 10 manat, vedrə - 10 manat, süvenir atlar 2 dənə -30 manat, ayı balaları – 20 manat, uşaqların məktəb geyimləri – 150 manat, namaz geyimləri – 150 manat, albomlar 3 ədəd şəkil üçün, 2 ədəd 1-ci sinif venetkası, məktəb çantaları, dəftər kitablar, dərs ləvazimatları, sənədlər, pensiya kartları, maaş kartları, həyətdə olan 3 ədəd butka, 9 qram çəkisi olan 440 manat dəyərində sırğa, 12 qram çəkisi olan 600 manat dəyərində tros sep, 1 dəst gümüş komplekt – 65 manat, gümüş sırğa – 30 manat, gümüş kişi üzüyü – 30 manat və 5000 manat məbləğində pul, cəmi 17770 manat dəyərində ona məxsus olan əşyaların özlərinin və ya dəyərlərinin ona ödənilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizə verərək mülki işin baxılmamış saxlanmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdehlər işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhəri 1 saylı Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsinə, Cavabdeh7, 3-cü şəxslər X1, Cavabdeh5 və Cavabdeh6 qarşı əşya və pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver