Məhkəmə qərarları › İş №2(044)-419/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-419/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-419/2021 01.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və borcun girov predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m üə y y ə n e t d i : İddiaçı “xxxx” ASC iddia ərizəsi il məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu i tarixli, 800805-253018/4 nömrəli kredit müqaviləsi üzrə 1060.26 manat əsas borc və 80.52 manat faiz borcu, cəmi 1140.78 manat və 30 manat dövlət rüsumunun və tutmanın bank qarşısında tutulmuş öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş və Cavabdeh məxsus 583 əyarlı, 17.3 qram çəkidə 2 ədəd qızıl-zinət əşyaları (boyunbağı 1 ədəd, sırğa (1 tay) 1 ədəd, və 916 əyyarlı 14 qram çəkidə 1 ədəd kulon) yönəldilməsi, qızıl-zinət əşyasının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək cavabdeh qalıq borcu üzrə tam ödəniş etdiyi üçün iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Buna baxmayaraq iş materiallarında olan etibarnamədə Samir Abbasova yalnız işin müvəffəqiyyətli həlli üçün hərəkətlərin edilməsi tapşırılsa da, iddiadan imtina, ərizənin baxılmamış saxlanılmasının xahiş edilməsi kimi hərəkətlərin edilməsi etibar edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrəyaranmış borcun tutulması və borcun girov predmetinə yönəldilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar