Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-428/2021 10.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı cavabdeh Abbasova (Atakişiyeva) Zita Abbas qızının iştirakı ilə İddiaçı cavabdeh Abbasova (Atakişiyeva) Zita Abbas qızına qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abbasova (Atakişiyeva) Zita Abbas qızına qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abbasova (Atakişiyeva) Zita Abbas qızından səhhətinə vurduğu zərərə görə çəkdiyi maddi ziyan kimi 17.000 manatın, mənəvi ziyan kimi 20.000 manatın və dövlət rüsumu kimi ödənildiyi 31 manat pulun iddiaçıdan alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh Abbasova (Atakişiyeva) Zita Abbas qızının qeydiyyat ünvanı ünvan 1 mənzil 4 ünvanı Gəncə şəhər Kəpəz Rayonunda yerləşir və həmin ünvan Gəncə şəhər Kəpəz Rayonunun inzibati ərazi vahidinə aiddir. Belə olan halda məhkəmə hesab edir ki, mülki iş baxılması üçün cavabdehin qeydiyyat yeri üzrə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı işin adiyyəti üzrə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə göndərilməsinə etriaz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Abbasova (Atakişiyeva) Zita Abbas qızı işin adiyyəti üzrə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə göndərilməsinə etriaz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə öz icraatına götürdüyü işi baxılmaq üçün başqa məhkəməyə verir. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 35.1, 44.2.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Abbasova (Atakişiyeva) Zita Abbas qızına qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-428/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-428/2021
10.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver