Məhkəmə qərarları › İş №2(044)-454/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-454/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-454/2021 16.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, X1 və Cavabdeh nümayəndəsi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X8 iştirakları ilə X1 Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamədən xx xxxxxx 2014-cü il tarixdə Cavabdeh soyadını və adını dəyişdirərək X9 qeyd olunmuşdur. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh (X5) qeydiyyat ünvanı Samux rayonunun Nəbiağalı qəsəbəsi Samux rayonunda yerləşir və həmin ünvan Samux Rayonunun inzibati ərazi vahidinə aiddir. Belə olan halda məhkəmə hesab edir ki, mülki iş baxılması üçün cavabdehin qeydiyyat yeri üzrə Samux Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən X2 və Cavabdeh (X5) nümayəndəsi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X8 işin adiyyəti üzrə Samux Rayon Məhkəməsinə göndərilməsinə etriaz etmədiklərini bildirdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə öz icraatına götürdüyü işi baxılmaq üçün başqa məhkəməyə verir. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 35.1, 44.2.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X1 Cavabdeh (X6) qarşı «pul» tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Samux Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar